Barren () — Hindistana məxsus olan eyni adlı adada yerləşən vulkan. Bu vulkan Cənubi Asiyanın yeganə aktiv vulkanıdır.

Coğrafiyası Ada Andaman adalarından 60 km şərqdə, Port-Blerdən isə 125 km şimal-şərqdə yerləşir. Vulkan dəniz səviyyəsindən 354 metr hündürlüyə malikdir. 2250 metr isə dəniz dibindən qalxır. Vulkan kraterinin diametri 2 km-dir, adanın eni isə 3 km-dir. Barrendən 150 km şimalda Narkomdam vulkanı yerləşir. Onlar eyni şit üzərində yerləşir.

Burada ilk vulkan püskürməsi 1787-ci ildə qeydə alınmışdır. Sonra qeyda alınan püskürmələr:1789, 1795, 1803–04, 1852, 1991, 1994–95, 2004, 2006–07, 2008, 2010 və 2013.

Mənbə Volcano Live — John Search Volcano World — Oregon State University Volcanodb.com Mountain-Forecast.com

Kateqoriya:Əlifba sırasına görə adalar Kateqoriya:Hindistan adaları Kateqoriya:Hind okeanının adaları Kateqoriya:Hindistandakı vulkanları Kateqoriya:Zirvə hündürlüyü 1000 m-ə qədər Kateqoriya:Stratovulkanlar Kateqoriya:Aktiv vulkanlar