Kiçik Nikobar (, ) — Nikobar adaları arxipelaqının cənubunda yerləşən ada. Böyük Nikobar adasından 7,5 km şimalda, Katçall adasından 70 km cənubda yerləşir. Ada 24 km uzunluğa, 12 km enə malikdir. Sahəsi — 159 km². 2001-ci il siyahıya alınmasına görə adada 432 nəfər yaşayır. Maksimal hündürlüyü 435 metrdir. 2004-cü il Hind okeanında zəlzələ və sunami hadisəsindən sonra əhalisi qonşu adaya köçürülmüşdür.
İstinadlar
Kateqoriya:Hindistan adaları Kateqoriya:Hind okeanının adaları