Bateti — Tiflis quberniyasının Qori qəzasında kənd adı.

Toponimkası Bateti- Tiflis quberniyasının Qori qəzasında kənd adı. Şimali Qafqazda Ter əyalətinin Xasav-Yurt dairəsində Bat-Yurd, həmin əyalətin Kızıl-Yar dairəsində Bada-Yurd (yenə orada), Yelizavetpol (Gəncə) quberniyasında Badakənd, Badaçay, Lənkəran-Astara bölgəsində Bədəlan, Qazax qəzasında Bayta (qışlaq adı), Borçalı qəzasında Baytalı və b. adlarla eynidir. VII əsr müəllifi Musa Kalankatlının "Alban tarixi" əsərində Albaniyada Saz-Baday (türk dillərində saz "qamışlıq" "bataqlıq yeri") toponimi ilə ("Alban tarixi" I kitab, 33-cü fəsil) səsləşir. Pateti (əsli görünür Bata-eti) toponimi bizdə Bata, Bada tayfasının adını göstərir. Bunu İrəvan quberniyasının Eçmiadzin qəzasında Badalı və Göyçə bölgəsində Bədəli kənd adları da göstərir. Erkən orta əsrlərdə Cənub-şərqi Avropada yaşamış və qədim rus mənbələrində adı Bout kimi yazılmış bir türk mənşəli tayfanın adını əks etdirir. B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. Gürcüstanda Türkmənşəli Toponimlərin İzahlı Lüğəti. Bakı, "Nurlan" 2008

Həmçinin bax Tiflis quberniyası

Xarici keçid yasamal.cls.az

İstinad

Kateqoriya:Tiflis quberniyası Kateqoriya:Tiflis quberniyasının qəzaları