Araqusuku adaları () — Yaponiyanın Ryukyu arxipelaqı, Sakişima adaları, Yaeyama adaları qrupuna daxil olan 2 adadan ibarət olan arxipelaq. İnzibati baxımından Yaponiyanın Okinava prefekturası, Yaeyama qəzası, Taketomi dairəsi ərazisinə daxildir. Kuroşima adasından qərbdə yerləşir.

Adalar: Şimoci adası Kamici adası.

Arxipelaqın sahəsi: 3,31 km², Şimoci — 1,76 km², Kamici — 1,55 km².

Adalar düzən relyefə sahibdir (Şimoci — 21 m, Kamici — 12 m).

Əhali iki kənddə cəmləşmişdir: Ueci (Kamici) və Simuci (Şimoci).

Mənbə Araqusuku

Kateqoriya:Yaponiyanın arxipelaqları Kateqoriya:Yaeyama adaları Kateqoriya:Okinava prefekturasının adaları