Türkiyə Superkubokunu qazanan baş məşqçilərin siyahısı () — Super Liqa çempionu ilə Türkiyə Kuboku çempionunun qarşılaşdığı Türkiyə Superkubokunu mövsümlərə görə qazanan baş məşqçilərin siyahısı. 1966-ci ildən 1999-cu ilə qədər "Prezident kuboku" adı ilə təşkil edilən turnir 1999-2005-ci illər arasında təşkil olunmamışdı. 2006-cı ildən "Superkubok" adı ilə təşkil edilməyə başlamışdır. Oynanılan otuz yeddi matçda iyirmi səkkiz fərqli baş məşqçi kubokun sahibi olmuşdur. Kuboku qazanan ilk baş məşqçi "Qalatasaray" komandası ilə kubokun sevincini yaşayan Gündüz Qılınc, ilk xarici baş məşqçi isə "Beşiktaş" komandası ilə kuboku qazanan Lyubişa Speycdir. Kuboku ən çox qazanan baş məşqçi isə Əhməd Suat Özyazıçıdır. O, bu kuboku 4 dəfə qazanmışdır.
İki baş məşqçi iki il ardıcıl çempion olmuşdur. Bu baş məşqçilər 1976-1977-ci illərdə "Trabzonspor" komandası ilə çempion olan Əhməd Suat Özyazıçı və 1996-1997-ci illərdə "Qalatasaray" komandası ilə kuboku əldə edən Fateh Terimdir. İki baş məşqçi iki fərqli komanda ilə müvəffəqiyyət qazanmışdır. İlk dəfə bu uğura 1978-1980-cı illərdə "Trabzonspor", 1982-ci ildə isə "Qalatasaray" komandası ilə Özkan Sümər nail olmuşdur. Sonrakı baş məşqçi isə 1994-cü ildə "Beşiktaş", 2009-cu ildə "Fənərbaxça" komandası ilə kuboku əldə edən Kristof Daumdur.
Həm futbolçu, həm də baş məşqçi olaraq kuboku qazanan üç nəfər var: Şenol Günəş "Trabzonspor" komandasında 1976, 1977, 1978, 1979, 1980 və 1983-cü illərdə futbolçu, 1995 və 2010-cu illərdə isə baş məşqçi olaraq kuboku qazanmışdır. Fateh Tərim "Qalatasaray" komandasında 1982-ci ildə futbolçu, 1996, 1997, 2012 və 2013-cü illərdə baş məşqçi olaraq kuboku qazanmışdır. Həmzə Həmzəoğlu 1993-cü ildə "Qalatasaray" komandasında futbolçu, 2015-ci ildə isə baş məşqçi olaraq kuboku qazanmışdır.
Qazanan baş məşqçilər thumb|upright|right|1987-ci ildə qazanan baş məşqçi Yupp Derval. thumb|upright|right|1988 və 1991-cı illərdə qazanan baş məşqçi Mustafa Dənizli. thumb|upright|right|1994 və 2009-cu illərdə qazanan baş məşqçi Kristofer Daum. thumb|upright|right|1995 və 2010-cu illərdə kuboku qazanan baş məşqçi Şenol Günəş. thumb|upright|right|1996, 1997, 2012 və 2013-cu illərdə kuboku qazanan baş məşqçi Fateh Tərim. thumb|upright|right|2006-cı ildə kuboku qazanan baş məşqçi Cin Tiqana. thumb|upright|right|2007-ci ildə kuboku qazanan baş məşqçi Ziko. thumb|upright|right|2008-ci ildə kuboku qazanan baş məşqçi Maykl Skibbe.
FinalBaş məşqçiMilliyyətMilliyyət bölməsində baş məşqçinin çempion olduğu ildə olan vətəndaşlığı əsas götürülmüşdür.KlubQeyd1966 Türkiyə Galatasaray1967 YuqoslaviyaBeşiktaş1968 MacarıstanFənərbaxça1968-ci ildə Fənərbaxça həm liqa həm də kubok çempionu olduğu üçün "Prezident kuboku" təşkil edilmədi. Kubok matçlar oynanılmadan Fənərbaxçaya verildi.1969 Yuqoslaviya Qalatasaray1970 Türkiyə Göztəpə1971 Yuqoslaviya Əskişəhərspor1972 İngiltərəQalatasaray1973 Braziliya Fənərbaxça1974 TürkiyəBeşiktaş1975 YuqoslaviyaFənərbaxça1976 TürkiyəTrabzonspor1977 TürkiyəTrabzonspor1978 TürkiyəTrabzonspor1979 TürkiyəTrabzonspor1980 TürkiyəTrabzonspor1981 TürkiyəAnkaragücü MKE1982 TürkiyəQalatasaray1983 TürkiyəTrabzonspor1984 YuqoslaviyaFənərbaxça1985 MacarıstanFənərbaxça1986 YuqoslaviyaBeşiktaş1987 AlmaniyaQalatasaray1988 TürkiyəQalatasaray1989 İngiltərəBeşiktaş1990 TürkiyəFənərbaxça1991 TürkiyəQalatasaray1992 İngiltərəBeşiktaş1993 AlmaniyaQalatasaray1994 AlmaniyaBeşiktaş1995 TürkiyəTrabzonspor1996 TürkiyəQalatasaray1997 TürkiyəQalatasaray1998 UelsBeşiktaş1999-05 Təşkil edilməyib.2006 FransaBeşiktaş2007 BraziliyaFənərbaxça2008 AlmaniyaQalatasaray2009 AlmaniyaFənərbaxça2010 TürkiyəTrabzonspor2011 Təşkil edilməyib.2012 TürkiyəQalatasaray2013 TürkiyəQalatasaray2014 TürkiyəFənərbaxça2015 TürkiyəQalatasaray2016 NiderlandQalatasaray2017 TürkiyəKonyaspor
Mükafatların sayına görə №AdÇempionluq sayıKlub(lar)Qazandığı illər 1 Əhməd Suat Özyazıçı 4 Trabzonspor 19761977197919832 Fateh Tərim 4 Qalatasaray 1996 1997 2012 2013 3 Özkan Sümər 3 Trabzonspor (2)Qalatasaray (1) 197819801982 4 Abdullah Qeqiç 2 Əskişəhərspor, Fənərbaxça 19711975 5 Mustafa Dənizli 2 Qalatasaray 19881991 6 Qordon Miln 2 Beşiktaş 198919927 Kristof Daum 2 BeşiktaşFənərbaxça 19942009 8 Şenol Günəş 2 Trabzonspor 19952010
Millətə görə performanslar ÖlkəBaş məşqçiÇempionluq sayı Türkiyə 13 24 Almaniya 5 5 Yuqoslaviya 5 5 İngiltərə 2 3 Braziliya 2 2 Macarıstan 2 2 Fransa 1 1 Uels 1 1
Qeydlər
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Türkiyə Super Kuboku Kateqoriya:Futbol məşqçisi siyahıları Kateqoriya:Türkiyə siyahıları