right|thumb|200px|Deyteraqonist konsepsiyasını səhnəyə ilk dəfə çıxaran yunan dramaturqu Esxil Deyteraqonist və ya devteraqonist ( – ikinci aktyor; – «ikinci» və – «rəqabət»; – «döyüşçü») — ədəbiyyatda, protaqonistdən əvvəl və tritaqonistdən sonra ən mühüm personaj. Süjetdən aslı olaraq, deyteraqonist protaqonistin lehinə və ya əleyhinə fəaliyyət göstərə bilər.

Tarix Qədim Yunanıstan dramı sadəcə bir personajdan protaqonistdən və rəqqasələrdən ibarət bir xordan təşkil edilmişdi. Deyteraqonist rolunu ilk dəfə Qədim Yunanıstan dramaturqu Esxil təqdim etmişdir. Aristotel Poetika əsərində yazır:

Esxilin səyləri personajlar arasındakı dialoqu və qarşılıqlı əlaqəni ön plana çıxarmışdır. Sofolk buna əlavə olaraq, Sofokl və Evripid kimi dövrün digər dramaturqlarına məşhur personajlar yaratmağa imkan vermişdir.

Dramda Qədim Yunanıstan dramı üç personajdan (protaqonist, deyteraqonist və tritaqonist) və bir xordan ibarət olduğundan, hər aktyor bir neçə hissədə rol oynayırdı. Məsələn, Sofoklun Şah Edip dramında protaqonist Edip, deyteraqonist isə İokasta (Edipin həm anası, həm də arvadı), eləcə də çoban və xəbərçi idi.

Ədəbiyyatda Ədəbiyyatda, deyteraqonist adətən protaqonistin "köməkçi"i rolunu daşıyır. Mark Tvenin Heklberri Finnin macəraları əsərində protaqonist Hek, deyteraqonist isə Cimdir. Bu nümunənin əksinə, deyteraqonist antaqonist ola da bilər. Bəzi hallarda, deyteraqonist köməkçi rolunu oynayır, bu isə protaqonistin gücünü artırmaq üçün istifadə olunur. Nümunə olaraq, Ser Artur Konan Doylun Şerlok Holms seriyasındakı Doktor Con Uotson savadlı və ziyalı bir centlmendir. O, özəl detektiv Şerlok Holmsun yaxın köməkçisidir.

Həmçinin bax Antaqonist Köməkçi (personaj tipi)

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Qədim Yunanıstan teatrı Kateqoriya:Dram Kateqoriya:Rollarına görə protaqonistlər Kateqoriya:Dramlar Kateqoriya:Ədəbiyyat terminləri Kateqoriya:Teatr terminləri