İkimərtəbəli karvansara — XIX əsrdə Şuşada inşa edilmiş karvansara. Şuşanın Şeytan Bazar adlanan hissəsində mehmanxana tipli və iki mərtəbəli karvansaradır. On dokkuzuncu əsrin ikinci yarısında (1888–1889) Məşədi Hüseyn Mir Səyyaf oğlu, Hacı Əmiraslan bəyin karvansarasını alandan sonra, onu sökərək yerində inşa etdirmişdir. Bu üzdən karvansara xalq arasında Hacı Səyyaf oğlu karvansarası kimi tanınırdı. Onun yerində məşhur Şuşa memarı Kərbəlayi Səfıxan Qarabaği Məşədi Şükür Mirsəyyaf oğlunun yeni tələblərə cavab verən karvansarasını tikdi. Mövcudluğunun ilk günlərindən o, Şuşada ən çox qonağı olan karvansaraya çevrildi. Məşədi Hüseyn vəfat edəndən sonra, oğlanları Qəhrəman və Məşədi Şükür karvansaranı şərikli işlətməyə başlayırlar. Bu karvansara istər böyüklüyünə, istərsə də memarlıq üslubuna görə, şəhərdəki digər karvansaralardan seçilirdi. thumb|left|XIX əsrdə Şuşada inşa edilmiş ikimərtəbəli karvansaray.

Memarlıq quruluşu Məşədi Şükür Mirsəyyaf oğlunun karvansarası ikimərtəbəli daş bina idi. İkinci mərtəbədə qonaqlar üçün iyirmi beş otaq vardı. Adətən, qonaqlar, tacirlər və nadir hallarda səyyahlar olurdu. Karvansaranın qalan hissəsində bir neçə tacir kontoru və otuza yaxın müxtəlif tacir dükanı yerləşirdi. Təzə karvansaranın yeniliyi binanın içərisində, ikinci mərtəbədə təxminən 9x8 metr ölçüdə ibadət zalı olan üçnefli məscidin olması idi.

Fəaliyyəti Ən yaxşı Avropa mehmanxanalarında olduğu kimi qonaqlara dərzilər, papaqçılar, bərbərlər və çəkməçilər xidmət göstərirdilər. Karvansara öz gözəl xidməti ilə tacirləri və səyyahları cəlb edirdi. Bugünkü dillə desək, nömrələrə tələbat o qədər çox idi ki, yaxınlıqda ikimərtəbəli bir binanın tikilməsi lazım gəlirdi. İkinci mərtəbədə kirayənişinlər qalırdı. Birinci mərtəbədə isə müxtəlif ticarət mağazaları vardı. Sovet dövründə Məşədi Şükür Mirsəyyaf oğlunun karvansarası ticarət kompleksinə çevrilmişdi thumb|left|İkimərtəbəli karvansarayın daxilindən görünüşü

Tarixi XIX əsrin ikinci yarısında (1888–1889) Məşədi Hüseyn Mir Səyyaf oğlu Hacı Əmiraslan bəyin karvansarasını alandan sonra söküb, yerində təzəsini tikdirmiş və xalq arasında Mir Səyyaf oğlunun karvansarası kimi tanınmışdır. Məşədi Hüseyn vəfat edəndən sonra oğlanları Ağa Qəhrəman və Məşədi Şükür karvansaranı şərikli işlətməyə başlamışlar, istər böyüklüyünə, istərsə də memarlıq gözəlliyinə görə şəhərdəki digər karvansaralardan seçilirdi. thumb|left|İkimərtəbəli karvansarayın daxili görünüşü Birinci mərtəbədə iyirmiyə qədər dükan dəlləkxana, çəkməçi, dərzi, sərrac, papaqçı, nalbənd və sair dükanlar, bir neçə ticarət dükanı, dini ayinləri icra etmək üçün məscid fəaliyyət göstərirdi. İkinci mərtəbədə isə tacirlərin, səyyahların, ümumiyyətlə, şəhərin qonaqlarının dincəlməsi üçün 25 otaq vardı. Şimal tərəfdən — çöl tərəfdən əlavə 4 dükan, 3 böyük dalan və qapançı vardı. Karyansarada təkcə Qafqazın şəhərlərindən yox, həm də İran, İraq, Türkiyə, Ərəbistan, Orta Asiya, Rusiya və başqa Avropa ölkələrindən gələn tacirlər də qalırdı. Son dövrlərə qədər burda örtülü şəhər bazarı fəaliyyət göstərirdi.

Karvansara vəqf mülkiyyətinə daxil idi. Onun kitabəsindəki vəqfnaməni Əli Hacı Abbasoğlu yazmışdır. Vəqfnamənin mətni dörd parça əhəng daşı üzərində fars dilində nəstəliq xətlə qabarıq surətdə həkk olunmuşdur:

Şəri vəqfın qaydaları yerinə yetirildi".

İstinadlar

Xarici keçidlər İkimərtəbəli karvansaray

Kateqoriya:Şuşa abidələri Kateqoriya:Şuşa karvansaraları Kateqoriya:XIX əsrdə yarananlar Kateqoriya:Şuşadakı dini tikililər