Azər Mirzə oğlu Süleymanov () — Gürcüstan Respublikasının ictimai-siyasi xadimi. Gürcüstan parlamentinin deputatı.

Həyat və fəaliyyəti 1967-ci il 23 iyul tarixində Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olub. 1984-cü ildə rus məktəbini bitirib. 1991-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 1991–1996-cı illərdə biznes sahəsində çalışıb. Aqro firmanın direktoru olub. Marneulidə Aqropolm adlı ticarət şirkətinin iqtisadiyyatçısı kimi fəaliyyət göstərib. 1996–1999-cu illər ərzində Marneuli İcra hakimiyyətinin iqtisadiyyat şöbəsinin müdiri vəzifəsini yerinə yetirib.

1999–2003-cü illərdə majoritar yolla seçilərək millət vəkili olub.

2003–2008-ci illərdə Kvemo-Kartli qubernatorunun müavini kimi çalışıb.

2008–2012-ci illərdə millət vəkili olub. 2012–2016-cı illərdə yenidən millət vəkili olaraq fəaliyyət göstərmişdir. Milli Hərəkat Partiyasının və Siyasi Şuranın üzvü və liderlərindən biridir.

2016-cı fevralın 17-də Gürcüstan parlamentində Xocalı soyqırımı haqqında çıxışı edərək bildirib ki, hələ də Xocalı soyqırımına dünya birliyi tərəfindən siyasi qiymət verilməyib. Gürcüstan parlamentinin üzvlərinə Xocalı soyqırımı haqqında ətraflı məlumat verən deputat qeyd edib ki, 24 il bundan əvvəl Ermənistan silahlı qüvvələri Rusiya ordusunun köməyi ilə Xocalı şəhərində yaşayan azərbaycanlıları işgəncə ilə öldürüblər. Onun sözlərinə görə, bu dəhşətli cinayətləri törədənlər hələ də azadlıqdadır.

İstinadlar

Kateqoriya:Gürcüstan parlamentinin deputatları Kateqoriya:Gürcüstan azərbaycanlıları