Xəzər Allahverdi oğlu Hüseynov () — tarix elmləri doktoru, professor Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri.Xəzər Hüseynov

Həyatı Xəzər Hüseynov 10 avqust 1973-cü ildə Babək rayonunun Yuxarı Uzunoba kəndində ziyalı ailəsində anadan olmuşdur. 1990-1995-ci illərdə NDU-nun Tarix-filologiya fakültəsinin tarix əlavə hüquq ixtisasını fərqlənmə diplomu ilə bitirmiş, 1995-1997-ci illərdə hərbi xidmətdə olmuşdur.

Hüseynov Xəzər Allahverdi oğlu 1997-ci ildən 2001-ci ilə qədər NDU-da Azərbaycan tarixi kabinəsinin müdiri, 2001-ci ildən kafedranın müəllimi, 2007-ci ildən baş müəllimi, 2011-ci ildən 2021-ci ilə qədər kafedranın dosenti vəzifəsində işləmiş, 2021-ci ildən NDU-da Azərbaycan tarixi kafedrasının professorudur.

Xəzər Hüseynov 2006-cı ildə namizədlik dissertasiyasını müdafiə etmiş, 2008-ci ildə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 2012-ci ildə dosent elmi adını almışdır. 2016-2021-ci illərdə YAP Universitet Şəhərciyi Ərazi İlk Partiya Təşkilatının sədr müavini vəzifəsində işləmişdir.

Xəzər Allahverdi oğlu Hüseynov 25 noyabr 2017-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.01.211 Dissertasiya Şurasında "Vətən tarixi" ixtisası üzrə tarix elmləri doktoru dissertasiyasını müdafiə etmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası 18 may 2018-ci il tarixdə Xəzər Allahverdi oğlu Hüseynova tarix elmləri doktoru elmi dərəcəsi vermişdir.

25 yanvar 2019-cu ildə Xəzər Allahverdi oğlu Hüseynov Naxçıvan Dövlət Universitetində "İlin alimi" fəxri adına layiq görülmüşdür.

Xəzər Hüseynov 27 mart 2023-cü il tarixindən Naxçıvan Dövlət Universitetində Azərbaycan tarixi kafedrasının müdiridir.

Hüseynov Xəzər Allahverdi oğluna Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 20 dekabr 2024-cü il tarixli qərarı ilə professor elmi adı verilmişdir.

Tarix elmləri doktoru, professor Xəzər Hüseynov 102 elmi məqalənin, 4 dərs vəsaitinin, 2 monoqrafiyanın, 1 metodiki vəsaitin, 2 fənn proqramının müəllifidir.

Elmi və pedaqoji fəaliyyəti 1997-ci ildən 2001-ci ilə qədər NDU-da Azərbaycan tarixi kabinəsinin müdiri.

2001-ci ildən NDU-da Azərbaycan tarixi kafedrasının müəllimi.

2006-cı ildə namizədlik dissertasiyasını müdafiə edib tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

2007-ci ildən NDU-da Azərbaycan tarixi kafedrasının baş müəllimi.

2011-ci ildən dosent.

2017-ci ildə doktorluq dissertasiyasını müdafiə edib tarix elmləri doktorudur.

2021-ci ildən NDU-da Azərbaycan tarixi kafedrasının professoru.

27 mart 2023-cü il tarixindən NDU-da Azərbaycan tarixi kafedrasının müdiridir.

Elmi əsərlər Naxçıvan Muxtar Respublikasında sənayenin inkişafı (1950–2004-cü illər). Bakı: ADPU, 2012. Avropa ölkələrində partizan və antifaşist müqavimət hərəkatında Azərbaycan SSR-in Naxçıvan MR-dən olan döyüşçülərin döyüş yolu. Bakı: ADPU, 2012. Azərbaycan İkinci Dünya müharibəsi dövründə mövzusunun tədrisində bədii ədəbiyyatdan istifadə üzrə işin sistemi. Bakı: ADPU, 2012. Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişafı (1924–2014-cü illər). (Monoqrafiya). Naxçıvan: "Əcəmi" NPB, 2016. Naxçıvan Muxtar Respublikasında mədəni quruculuğun inkişaf tarixindən (1920–1945-ci illər). (Dərs vəsaiti). Naxçıvan: "Əcəmi" NPB, 2021 Naxçıvan Muxtar Respublikasında aqrar sahənin inkişaf tarixi (1924–2020-ci illər). (Dərs vəsaiti). Naxçıvan: "Əcəmi" NPB, 2022 İkinci Dünya müharibəsindən sonra Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı (1946–1969-cu ilər). (Monoqrafiya). Naxçıvan: "Əcəmi" NPB, 2022 Naxçıvan Muxtar Respublikasında dənli və texniki bitkilərin inkişafı (1946–1950-ci illər). Naxçıvan Özəl Universiteti. Professor-müəllim heyətinin 1999-cu ilin elmi-tədqiqat işlərinin yekunlarına həsr edilmiş elmi konfransdakı məruzələrin materialları (30 mart 2000-ci il). Bakı, 2000. Qədim və orta əsrlərdə Naxçıvanın maddi-mədəniyyət abidələri. Naxçıvan Özəl Universiteti. II Beynəlxalq elmi-praktik konfransın materialları (may 2000). Bakı, "Nurlan" nəşriyyatı, 2001. Naxçıvanda toxuculuq sənəti. (Etnoqrafik problemlərə dair elmi-nəzəri konfrans). Naxçıvan Özəl Universiteti. Keçmişimiz gələcəyimizdir. Bakı, "Nurlan" nəşriyyatı, 2000. Naxçıvan Muxtar Respublikasında sənayenin inkişafı. Naxçıvan Özəl Universiteti. Professor-müəllim heyətinin 2000-ci ildə yerinə yetirdiyi elmi-tədqiqat işlərinin yekunlarına həsr edilmiş elmi konfransın materialları. Bakı, "Nurlan" nəşriyyatı, 2001. Naxçıvan Muxtar Respublikasında dağ-mədən sənayesinin inkişafı (1950–1970-ci illər). Naxçıvan Regional Elm Mərkəzinin Əsərləri. VII buraxılış. Bakı, "Elm" nəşriyyatı, 2003. Naxçıvan Muxtar Respublikasında sənaye potensialının yaradılması və inkişafı (1950–1970-ci illər). Naxçıvan Dövlət Universiteti. Kiçik biznes və sahibkarlığın inkişaf problemləri. (III beynəlxalq simpozium). Bakı, 2003. Naxçıvan Muxtar Respublikasında tikinti materialları sənayesi (1970–1980-ci illər). Naxçıvan Özəl Universiteti. 2003-cü ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekunlarına həsr edilmiş konfrans materialları. Bakı, 2004. Naxçıvan Muxtar Respublikasında yeyinti sənayesinin inkişafı (1950–1980-ci illər). Naxçıvan Özəl Universiteti. 2003-cü ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekunlarına həsr edilmiş konfrans materialları. Bakı, 2004. Naxçıvan Muxtar Respublikasında sənayenin əsas istiqamətlərinin yaranması və inkişafı (1950–1980-ci illər). Naxçıvan tarixi, maddi və mənəvi mədəniyyyətinin, təbii sərvətlərinin öyrənilməsi. Bakı, "Elm" nəşriyyatı, 2004. Naxçıvan Muxtar Respublikasında yüngül sənaye sahələrinin yaranması və inkişafı tarixində (1950–1980-ci illər). Naxçıvan Özəl Universiteti. Naxçıvan MR-80. "Müasir elmi-tədqiqatların aktual problemləri" mövzusunda keçirilən elmi konfransın materialları. Bakı, 2004. İkinci Dünya müharibəsindən sonra Naxçıvan MR-də sənaye potensialının yaradılması vəziyyəti və inkişaf perspektivləri. Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri. İctimai elmlər seriyası. NDU, "Qeyrət" nəşriyyatı, № 17, 2005. Müstəqilliyimizin bərpası və onun ilk dövründə Naxçıvan MR sənayesinin vəziyyəti. Naxçıvan Müəllimlər İnstitutu, Xəbərlər, Naxçıvan, "Məktəb" nəşriyyatı, № 3, 2005. Naxçıvan sənayesinin inkişafında yeni mərhələ (1991–2004-cü illər). Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xəbərləri, Bakı, ADPU, 2005. Naxçıvan Muxtar Respublikasında dağ-mədən sənayesinin yaranması və inkişafı (1950–1980-ci illər). Azərbaycan Dövlət Pedaqoji Universiteti, Xəbərlər, Bakı, ADPU, 2006, № 1. Naxçıvan MR sənayesi Böyük Vətən Müharibəsi illərində. Naxçıvan Müəllimlər İnstitutu, Xəbərlər, Naxçıvan, "Məktəb" nəşriyyatı, № 2/18, 2009. Naxçıvanlı döyüşçülərin partizan hərəkatında iştirakı. Naxçıvan Müəllimlər İnstitutu, Xəbərlər, Naxçıvan, "Məktəb" nəşriyyatı, № 3/19, 2009. Avropa ölkələrinin partizan döyüşlərində və antifaşist müqavimət hərəkatında naxçıvanlı partizanların fəaliyyətləri. Naxçıvan Müəllimlər İnstitutu, Xəbərlər, Naxçıvan, "Məktəb" nəşriyyatı, № 4/20, 2009. "Azərbaycan Böyük Vətən Müharibəsi illərində" mövzusunun tədrisində bədii ədəbiyyatdan istifadə edilməsi. Naxçıvan Müəllimlər İnstitutu, Xəbərlər, № 2/22, Naxçıvan, "Məktəb" nəşriyyatı, 2010. Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatının maddi-texniki bazası müharibə illərində (1941–1945-ci illər). Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Xəbərləri. İctimai və humanitar elmlər seriyası, № 3, Naxçıvan, 2010. Naxçıvan Muxtar Respublikasının kənd təsərüfatı İkinci Dünya müharibəsi dövründə (1941–1945-ci illər). Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri. İctimai elmlər seriyası, № 2/34, Naxçıvan, 2010. İkinci Dünya müharibəsi ərəfəsi və müharibə illərində Naxçıvan Muxtar Respublikasında heyvandarlığın inkişafı. Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri. İctimai elmlər seriyası, № 1/37, Naxçıvan, 2011. Səməd Vurğun yaradıcılığında təbiət. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun "Axtarışlar" jurnalı, № 2 (3), Naxçıvan, 2012. Naxçıvan vilayətində üzümçülüyün inkişaf tarixi. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun "Axtarışlar" jurnalı, № 3, Naxçıvan, 2012, Naxçıvan Muxtar Respublikasında heyvandarlığın inkişafı tarixindən (1971–1975-ci illər). Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri. İctimai elmlər seriyası, № 2/47, Naxçıvan, 2012. Xilaskarlıq missiyası. Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri. İctimai elmlər seriyasının xüsusi buraxılışı, № 1 (50), Naxçıvan, 2013. Heydər Əliyev görkəmli ictimai-siyasi dövlət xadimidir. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi İncəsənət, dil və ədəbiyyat institutu "Axtarışlar" jurnalı, № 4 (10), Naxçıvan, 2013. XX-əsrdə Naxçıvan MR-də pambıqçılığın inkişafı tarixindən. Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri. İctimai elmlər seriyası, № 2 (53), Naxçıvan, 2013. İkinci Dünya müharibəsindən sonra Naxçıvan MR-da dənli bitkilərin inkişafı tarixindən. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xəbərləri, № 3, Bakı, ADPU, 2013. Nahçıvan Özerk Cumhuriyetinde pamuk üretiminin geliştirilmesi. Türk Dünyasının Belleteni, Maxaçkala, № 2 (5). 2013. Naxçıvan MR-də kənd təsərrüfatının vəziyyəti (1951–1955-ci illər). Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri. İctimai elmlər seriyası, № 2 (58), Naxçıvan, 2014. Nahçıvan Özerk Cumhuriyetinde İpekçiligin Gelişimi Tarihi Kafkas Üniversitesi Sosial Bilimler Enstititusu 13 bahar/spring Türkiye, 2014. 1918–1920-Yıllarında Ermenilerin Nahçıvanda Yaptıkları Soykırımlar. Uluslarasası Tarih Boyunca Türk İdaresinde Ermeniler Sempozyumu Kars, 8 – 10 mays 2014. Naxçıvan Muxtar Respublikasında aqrar islahatlar (1991–2013-cü illər). Naxçıvanın muxtariyyəti tarixi naliyyətdir (4 – 5 iyul 2014-cü ildə keçirilmiş Beynəlxalq konfransın materialları). Naxçıvan, 2015. Müstəqillik illərində Azərbaycanın uğurlu neft strategiyası və Əsrin müqaviləsi. Sumqayıt Dövlət Universiteti. Əsrin müqaviləsi 20. Respublika elmi konfransının materialları. Sumqayıt 24 – 25 sentyabr, 2014-cü il. Naxçıvan MR-da arıçılığın inkişafı tarixi. Naxçıvan Dövlət Universiteti, Naxçıvan MR 90. Elmi əsərlər. Xüsusi buraxılış, № 6 (62), Naxçıvan, 2014. История развития табаководства в Нахчыванской Автономной Республике Международный научный журнал, № 4, Москва, 2014. Naxçıvan Muxtar Respublikasında quşçuluğun inkişafı tarixi Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri. İctimai elmlər seriyası, № 9 (65), Naxçıvan, 2014. İkinci Dünya müharibəsindən sonra Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı (1945–1960-cı illər). Naxçıvan Müəllimlər İnstitutunun Xəbərləri, № 1, Naxçıvan, 2015. Azərbaycanlıların indiki Ermənistan ərazisindən deportasiyası və Naxçıvan (1948–1953-cü illər). Ermənilərin soyqırım siyasəti bəşəriyyətə qarşı cinayətdir. Sumqayıt 21 – 22 aprel, 2015. Yirminci yüzyılda Nahçıvan Özerk Cumhuriyetinde üzümçülüyün gelişimi tarihi. Türk Dünyasının Belleteni. Maxaçkala, № 2 (9), 2015. Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı mütəxəssisləri. Kənd təsərrüfatının inkişafı: reallıqlar və perspektivlər Beynəlxalq elmi-praktik konfrans (15 – 16 may), Naxçıvan, 2015. Naxçıvan MR-də kənd təsərrüfatının vəziyyəti (1950–1960-cı illərdə). Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri. İctimai elmlər seriyası, № 6 (71), Naxçıvan, 2015. Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişafı (1991–2015-ci illər). Naxçıvan müstəqillik illərində: hədəflər, inkişaf nəticələr 3 – 4 dekabr 2015-ci ildə keçirilmiş elmi konfransın materialları. Naxçıvan, 2016. Bağımsızlık Yıllarında Nahçivan Özerk Cumhuriyetinde Toprak Reform. Asiaminorstudies. Kilis, cilt 4, sayı 7, Türkiye, 2016. Nahçivan Özerk Cumhuriyetinde tahılçılığın gelişim tarihi. Kafkas Üniversitesi Sosial Bilimler Enstititusu 17 bahar/spring. Türkiye, 2016.