Fərid Əliyev küçəsi — Azərbaycanın paytaxtı Bakı şəhərində, Səbail rayonunda, İçərişəhərdə küçə.
Küçə 2023-cü ilə qədər Qəsr adlanıb.
Tarixi 2000-ci ildə Bakı şəhərində baş vermiş zəlzələ zamanı küçənin bəzi tikililərinə, xüsusilə 16 nömrəli yaşayış binasına ciddi ziyan dəymişdir. Zəlzələ zamanı dağılmış bəzi evlərin divarlarında erkən orta əsrlərə aid pullar aşkar olunmuşdur.
2023-cü ildə küçəyə şəhid Fərid Əliyevin adı verildi. 11 aprel 2023 tarixində küçənin açılış mərasimi keçirildi.
Əsas tikililər 250px|thumb|left|Saray hamamının qalıqları.
Küçənin şimal hissəsində Şirvanşahlar sarayının hamam kompleksi yerləşir.
Görməli yerləri Hacı Heybət məscidi (1791, arxitektor Hacı Heybət Əmiralı oğlu)
Bakı miniatür kitab muzeyi
32 nömrəli yaşayış binası - (XVIII əsr)
F.Əliyev küçəsinin Şirvanşahlar sarayına bitişik ərazisində yeddi "armudu" stəkandan ibarət İnstallyasiya abidəsi (İnstallyasiya (ing. installation - quraşdırma, yerləşdirmə, montaj) — müasir incəsənət forması. Müxtəlif elementlərdən quraşdırılaraq vahid fəza bədiilliyi təsəvvürü verir) yerləşir.
İstinadlar
Kateqoriya:Əlifba sırasına görə küçələr Kateqoriya:İçərişəhər küçələri