– Fate/Extra video oyunu əsasında çəkilmiş anime serialı. Shaft studiyası tərəfindən çəkilmiş anime 28 yanvar 2018-ci ildən 1 aprel 2018-ci ilə kimi yayımlanmış və 10 seriya davam etmişdir. Netflix tərəfindən lisenziyalaşdırılmışdır.
Məzmun Qəribə virtual dünyada oyanan Hakuno Kişinami keçmişi ilə bağlı heç nəyi xatırlamır. Tezliklə bu virtual dünyada yarışan ustalardan birinə çevrilir və Seyber onun xidmətçisi olur. Digər ustalarla birlikdə bu virtual dünyada Müqəddəs qədəh üçün döyüşməyə başlayan Hakuno kim olduğunu da aydınlaşdırmağa çalışır.
Personajlar Ustalar
Hekayənin əsas protaqonisti.
Rayderin ustası.
Digərləri Xidmətçilər
Anime Fate/Extra video oyunu əsasında anime çəkiləcəyi 22 mart 2016-cı ildə açıqlanmışdır. 2017-ci ildə anime serialının "Fate/Extra Last Encore" adlanacağı və 2017-ci ildə buraxılacağı bildirilmişdir. Anime studiyası Shaft serialı istehsal etmək işinə cəlb olunmuşdur. Fate/stay night və Fate/Extra-nın yaradıcısı Kinoko Nasu ssenarist olmuşdur. 31 dekabr 2016-cı ildə Akiyuki Şinbo rejissor, Masaaki Takiyama personaj dizayneri, Satoru Kosaki bəstəkar təyin olunmuşdur.
Anime serialı 28 yanvar 2018-ci ildən 1 aprel 2018-ci ilə kimi yayımlanmış və 10 seriya davam etmişdir. Açılış mahnısı Takanori İşikava tərəfindən ifa olunan "Bright Burning Shout" mahnısı, bağlanış mahnısı isə Sayuri tərəfindən ifa olunan mahnısıdır.
Seriya siyahısı № İngiliscə başlıq/Yaponca başlıq Orijinal yayım tarixi
Qəbul Anime News Network tənqidçisi Teron Martin anime serialına ümumilikdə C+ dərəcəsi vermişdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2018-ci ilin anime serialları Kateqoriya:Döyüş anime və manqaları Kateqoriya:Fentezi anime və manqaları Kateqoriya:Shaft (şirkət) Kateqoriya:Tokyo Metropolitan Television verilişləri Kateqoriya:Mainichi Broadcasting System verilişləri Kateqoriya:Netflix orijinal animeləri Kateqoriya:Fate/stay night