Ris Luis Ceyms — "Çelsi" klubunda çıxış edən sağ cinah müdafiəçisi. Ceyms "Çelsi"nin hazırkı kapitanıdır və eyni zamanda İngiltərə millisinin üzvüdür.

Klub karyerası

Çelsi Ceyms altı yaşı olarkən Çelsi akademiyasına qəbul olmuşdur. O, U-18 komandası ilə debütünü 2016-cı ilin mart ayında Vest Hem Yunayted klubuna qarşı oyunda etmişdir. 2017–18 mövsümündə o, U-18 komandasının kapitanı kimi FA Gənclər Kubokunda iştirak etmişdir. Ceyms beş il ardıcıl klubun kapitanı olaraq rekorda imza atmışdır. O, həmin il İlin Akademiya Oyunçusu mükafatını əldə etmişdir.

Uiqan Atletik 2018-ci ilin iyun ayında Ceyms Çelsi klubu ilə dörd illik müqavilə imzalamış və Uiqan Atletik klubuna mövsüm sonuna qədər icarəyə verilmişdir.

Milli karyerası Ceyms İngiltərə millisinin U-17 və U-20 yığmalarında çıxış etmişdir. 2017-ci ilin may ayında Ceyms 2017 Tulon Turniri üçün İngiltərə U-20 millisinə dəvət almışdır. O, final görüşündə iştirak etmiş və millisi Kot-d'İvuar millisinə qalib gələrək turnirin qalibi olmuşdur.

2017-ci ilin iyul ayında Ceyms İngiltərə U-19 millisi ilə 2017 UEFA Avropa U-19 Çempionatında çempion olmuşdur. O, yarımfinalda Çexiya millisinə qarşı oyunda iştirak etmişdir.

Karyera statistikası

+Klublarına görə oyunları və qolları, mövsümləri və turnirləriKlubMövsümLiqaFA KubokuLiqa KubokuDigərÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolÇelsi2018–19Premyer Liqa0000000000Uiqan Atletik (icarə)2018–19Çempionşip5000000050Ümumi karyera5000000050

Uğurları Klub Çelsi Əvəzedici FA Gənclər Kuboku: 2016–17, 2017–18 U-18 Premyer Liqa: 2016–17, 2017–18

Milli komanda İngiltərə U-19 UEFA Avropa U-19 Çempionatı: 2017

Fərdi Çelsi İlin Akademiya Oyunçusu: 2017–18

İstinadlar

Kateqoriya:İngiltərə futbolçuları Kateqoriya:Çelsi FK futbolçuları Kateqoriya:Uiqan Atletik FK futbolçuları Kateqoriya:İngiltərənin kişi futbolçuları Kateqoriya:Fulhem FK futbolçuları Kateqoriya:UEFA Çempionlar Liqasının qalib futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:İngiltərə U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:İngiltərə Futbol Liqası futbolçuları Kateqoriya:İngiltərə Federasiya Kuboku finalı futbolçuları Kateqoriya:UEFA Avro 2020 futbolçuları Kateqoriya:İngiltərə milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:UEFA Konfrans Liqası qalib futbolçuları Kateqoriya:2026 FİFA Dünya Kuboku futbolçuları