() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Təbii yayılması ABŞ-da, Yutanın cənub-qərbindən Kaliforniyanın ortalarınadək yayılmışdır.

Botaniki xarakteristikası Hündürlüyü 4-9 m, gövdəsinin diametri 50 sm-ə qədər olan, çox şaxələnmiş budaqsız kiçik ağac və ya koldur. Gövdəsinin yerə yaxın hissəsi yoğundur. Yarpaqları lansetvari, sərt, üst tərəfi çökək, kənarları xırda iti dişli, uzunluğu 20-35 sm, eni 7-25 mm-dir. Yaşıl, göyümtül, oxşəkilli-xətvari yarpaqları gövdənin ucunda dəstəyə yığılmışdır. Süpürgə çiçək qrupunun oxu tüklüdür, çiçəkləri sıx, yaşılımtıl ağdır, çiçək saplağı qısadır. İyul-avqust aylarında çiçək açır. Gövdə zoğları, bəzən də toxumla çoxaldılır. Çoxşaxələndiyinə görə gövdədən ayrılan hissələr ilə də çoxaltmaq mümkündür.

Ekologiyası Quraqlığadavamlı və torpağa qarşı tələbkardır. Abşeronda yayda çox az suvarılmaqla yaxşı böyüyür. Qışı zərər çəkmədən keçirir.

Azərbaycanda yayılması Abşeronda və digər rayonlarda mədəni şəraitdə becərilir.

İstifadəsi Dekorativ bitkidir. Bağlarda vəparklarda daha geniş istifadə oluna bilər.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:25–29 ID olan Taksonbar