"Həft övrəng" (, ) — farsdilli ədəbiyyatın klassiki Əbdürrəhman Cami tərəfindən 1468-1485-ci illərdə yazılmış yeddi poemadan ibarət məsnəvi toplusudur. Həft övrəng ifadəsi Böyük ayı bürcündən yeddi ulduzun adına işarədir. Topluya daxil olan mısnəvilər dini, fəlsəfi, etik və sufi məzmunludur.
Məsnəvilər
Həft övrəng toplusuna yeddi məsnəvi daxildir: Qızıl zəncir () – didaktik lətifələr toplusu şəklində yazılmış məsnəvidir Yusif və Züleyxa () – Yusif və Potifarın həyat yoldaşı Züleyxanın romantik münasibətlərini İslam ənənələri əsasında təsvir edən romantik poemadır. Peyğəmbərin ruzusu () - didaktik lətifələr toplusu şəklində yazılmış məsnəvidir Salman və Absal () – Şahzadə və onun dayəsi arasında mümkünsüz sevgidən bəhs edən romantik məsnəvidir. Qədim yunan mənşəli bu hekayə erkən İslam dövründə İbn Hunayun tərəfindən ərəb dilinə tərcümə edilmiş, daha sonra isə ərəbcə həmin hekayə əsasında Cami poema yazmışdır. Dehxuda hekayənin yunan yox yəhudi mənşəli olmasını ehtimal edir. Azadlığın həqiqəti () – didaktik poema. Leyli və Məcnun () – Nizaminin eyni adlı əsərinin təsiri altında yazılmış romantik məsnəvidir. Xirədnameyi İskəndəri () – İskəndərin ölümündən qabaq baş verənlərin təsvir olunduğu məsnəvidir.
Frir əlyazması
Şah I Təhmasibin qardaşı oğlu və kürəkəni şahzadə Sultan İbrahim Mirzə 1556-1565-ci illərdə Məşhəd hakimi olduğu vaxt Həft övrəngin səfəvi miniatürləri ilə bəzədilmiş nəfis əlyazmasının hazırlanmasını sifariş etmişdir. Hazırda həmin əlyazması Frir Sənət Qalereyasında saxlanılır və ingilis dilli mənbələrdə Frir Camisi () adı ilə tanınır. + Frir əlyazmasına çəkilmiş miniatürlərcenter|175pxcenter|230pxcenter|317pxcenter|175pxcenter|315pxNaməlum rəssam - "Yusif və Züleyxanın şəhərə daxil olması". 1565-ci ildən əvvəlMirzə Əli - "Müdrik dilənçinin şagirdi olmuş hökmdar". 1556-1565Müzəffər Əli - "Yusifin su quyusundan çıxması". 1492Naməlum rəssam - "Məcnun Leylinin çadırı qarşısında". 1556-1565 Mirzə Əli - "Eşşəyin satılması". 1556-1565
Ədəbiyyat
hardback:
Xarici keçidlər Explore the Freer Jami
Kateqoriya:Əbdürrəhman Caminin əsərləri Kateqoriya:XV əsrin kitabları Kateqoriya:Fars dilində poemalar Kateqoriya:Fars dilində sözlər və ifadələr