Şmidt burnu — Rusiya, Primorsk diyarı, Yapon dənizi sahilində yerləşən burun. Burun Ruski adasının cənub-şərqində yerləşir. Bu hündür, qayalı və sıldırımlı burun bitki örtüyündən məhrumdur. Şmidt burnundan 2 km cənub-şərqdə Tobizin burnu yerləşir.

Burun 1880-ci illərdə sakitokean eskadrosunun komandanı Vladimir Şmidtin şərəfinə adlandırılmışdır.

Mənbə Şmidt burnu. Kateqoriya:Primorsk diyarı burunları Kateqoriya:Yapon dənizi burunları