Topaz – Azərbaycanda bukmeyker. 2014-cü ildə ölkədə ən çox tanınan brendlərdən biri kimi göstərilmişdir.
Tarixi Bukmeyker 8 yanvar 2011-ci ildə ölkədə mərc oyunlarına olan 13 illik qadağadan sonra qurulmuşdur. Şirkət “Caspiantech” adlı hüquqi şəxs tərəfindən təşkil olunmuş və “Topaz” ticarət nişanı altında idman mərcləri üçün fəaliyyətə başlamışdır. 2011-ci ildə şirkət 500-cü mərc ofisini açmışdır.
2017-ci ildə qəbul edilən “Fiziki tərbiyə və idman haqqında” qanun çərçivəsində “idman mərcləri” və “sweepstake operatorları” anlayışları yer almışdır, bu da sektorun tənzimlənməsinə yol açmışdır.
Əməliyyatlar thumb Şirkətin 1000-dən çox işçisi var. Şirkət telefon və internetlə birlikdə 500-dən çox lisenziyalaşdırılmış mərc ofisində mərc etməyi təklif edir.
Sponsorluq 2012-ci ildə Topaz Azərbaycan Premyer Liqasının rəsmi sponsoru olmuşdur. 2019-cu ilin avqustunda Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Topaz-ın artıq 2019/2020 mövsümündə Azərbaycan Premyer Liqasının rəsmi sponsoru olmayacağını bildirmiş, 2022-ci ildə isə Premyer Liqanın əsas sponsoru “Misli” platforması olmuş və bununla da Topaz-ın uzunmüddətli sponsorluq dövrü başa çatmışdır."Topaz Azərbaycan Premyer Liqasının sponsoru olmayacaq". SportlineAZ. 5 avqust 2019. 6 avqust 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 avqust 2019.
Tənqid 2013-cü ilin martında AR Milli Məclisi gənclər üzərində mənfi təsirinə görə Topaza qarşı tənqidlər etmişdir, lakin Gənclər və İdman naziri Azad Rəhimov Topazın idmana olan qayğısını əsas gətirərək şirkətə olan dəstəyini bildirmişdir. Bundan əlavə, 2017-ci ildə şirkətə aid materiallarda Azərbaycan futbolçularının fotolarının qanunsuz istifadəsi aşkarlanmış və məsul qurumlar tərəfindən tədbirlərin görüləcəyi bildirilmişdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Bakı şirkətləri Kateqoriya:2011-ci ildə yarananlar Kateqoriya:Bukmeykerlər