"Sword Art Online" Reki Kavahara tərəfindən yazılan və abec tərəfindən çəkilən eyniadlı fentezi ranobe seriyası əsasında çəkilmiş anime serialıdır. Anime serialı A-1 Pictures, Genco və SAO Project tərəfindən istehsal olunmuş və Tomohiko İtonun rejissorluğu ilə çəkilmişdir. Serial iki arka bölünmüşdür: Aynkrad və Pəri rəqsi. Anime serialı Sword Art Online (SAO) adlı virtual reallıq dünyasında ilişmiş Kazuto "Kirito" Kiriqaya və Asuna Yuukinin başına gələn hadisələrdən bəhs edir. Onlar oyundan azad olmaq üçün 100 mərtəbəni təmizləməli və final bossu məğlub etməlidirlər. Ölüm oyunundan 3 ay sonra Kirito Asunanın bu dəfə SAO-nun xələfi olan və insanların pəri rolunda çıxış etdikləri ALfheim Online (ALO) adlı başqa virtual reallıq oyununda ilişdiyini öyrənir. Kirito oyuna daxil olur və bacısı Suquha "Lifa" Kiriqaya ilə birlikdə Asunanı xilas etməyə çalışır.
Anime serialı 8 iyul 2012-ci ildən 23 dekabr 2012-ci ilə kimi Tokyo MX kanalında yayımlanmış və 25 seriya davam etmişdir. Daha sonra başqa 12 kanal tərəfindən yayımlanmışdır. Aniplex of Amerika animeni ingilis dilinə dublaj etmiş və 27 iyul 2013-cü ildə Adult Swim-in Toonami blokunda yayımlamağa başlamışdır. İlk DVD və BD cildi Yaponiyada 24 oktyabr 2012-ci ildə buraxılmışdır. Son cild isə 26 iyun 2013-cü ildə buraxılmışdır. 9 cildin hamısına adlı bonus seriyalar əlavə edilmişdir. Şimali Amerikada Aniplex of Amerika animenin 4 BD/DVD cildini 13 avqust 2013-cü ildə buraxmışdır. Avstralasiya regionunda Madman Entertainment animeni 4 BD/DVD cildi şəklində buraxmışdır. Böyük Britaniyada Manga Entertainment 16 dekabr 2013-cü ildə animenin 4 cildini buraxmışdır. Bunlardan əlavə, anime serialı Almaniyada Peppermint Anime, İspaniyada Selecta Vision, Fransada Wakanim, Tayvanda Muse Communication, İtaliyada Dynit tərəfindən buraxılmışdır. adlı xüsusi epizod 31 dekabr 2013-cü ildə bütün dünyada buraxılmışdır. İkinci mövsüm – "Sword Art Online II" 2014-cü ilin iyulunda yayımlanmağa başlamışdır.
Anime serialı üçün 5 parça mahnıdan istifadə edilmişdir: 2 açılış mahnısı və 3 bağlanış mahnısı. İlk 14 seriyanın açılış mahnısı LiSA tərəfindən ifa olunan "Crossing Field" mahnısı, bağlanış mahnısı isə Haruka Tomatsu tərəfindən ifa olunan mahnısı olmuşdur. 15-ci seriyadan istifadə olunan ikinci açılış mahnısı Eyr Aoi tərəfindən ifa olunan "Innocence" mahnısı olmuşdur. 15-ci seriyadan 24-cü seriyaya kimi bağlanış mahnısı kimi Luna Harunanın "Overfly" mahnısı istifadə olunmuşdur. Sonuncu seriyada "Crossing Field" bağlanış mahnısı kimi istifadə olunmuşdur. "Extra Edition"-un əsas mahnısı Eyr Aoi tərəfindən ifa olunan mahnısıdır. Anime serialının saundtreki Yuki Kaciura tərəfindən bəstələnmişdir. "Sword Art Online: Ordinal Scale" adlı anime filmi 18 fevral 2017-ci ildə ekranlaşdırılmışdır.
Seriya siyahısı
Sword Art Online (2012)
Aynkrad arkı № Azərbaycanca başlıq Yaponca başlıq Rejissor Ssenarist Orijinal yayım tarixi İngilis yayım tarixi
Pəri rəqsi arkı № Azərbaycanca başlıq Yaponca başlıq Rejissor Ssenarist Orijinal yayım tarixi İngilis yayım tarixi
Sword Art Online: Extra Edition "Sword Art Online: Extra Edition" 31 dekabr 2013-cü ildə bütün dünyada yayımlanmış xüsusi seriyadır. Yaponiyada iki kanalda yayımlamışdır: Tokyo MX və BS 11. Başqa regionlar üçünsə Daisuki və Crunchyroll vasitəsilə yayımlanmışdır. Xüsusi seriyanın rejissoru Tomohiko İto, ssenaristləri yaradıcı Reki Kavaharavə Munemasa Nakamotodur. Xüsusi seriya "Sword Art Online" animesində baş verən hadisələri yenidən ələ alır, serialın personajları tərəfindən nəql olunur və yeni səhnələrə malikdir.
Filmin əsas mahnısı Eyr Aoi tərəfindən ifa olunmuşdur. "Crossing Field" (LiSA), "Overfly" (Luna Haruna) və "Innocence" (Eyr Aoi) mahnıları da filmin içində istifadə olunmuşdur. Azərbaycanca başlıq Yaponca başlıq Rejissor Ssenarist Orijinal yayım tarixi İngilis yayım tarixi
Media
Yaponca buraxılış Aniplex (Sony Music Entertainment Japan ilə birlikdə) animeni 9 BD və DVD cildi şəklində bütün Yaponiyada buraxmışdır. "Sword Art Online: Extra Edition" və bonus epizod olan "Sword Art Offline: Extra Edition" 23 aprel 2014-cü ildə BD və DVD buraxılışlarının məhdud nəşrlərinə daxil edilmişdir. + Aniplex (, Region 2) Cild Seriyalar DVD buraxılış tarixi Blu-ray buraxılış tarixiI cild1–224 oktyabr 201224 oktyabr 2012II cild3–521 noyabr 201221 noyabr 2012III cild6–826 dekabr 201226 dekabr 2012IV cild9–1123 yanvar 201323 yanvar 2013V cild12–1427 fevral 201327 fevral 2013VI cild15–1627 mart 201327 mart 2013VII cild17–1924 aprel 201324 aprel 2013VIII cild20–2222 may 201322 may 2013IX cild23–2526 iyun 201326 iyun 2013
İngiliscə buraxılış Şimali Amerikada Aniplex of America 13 avqust 2013-cü ildə animeni 4 DVD və BD cildində buraxmağa başlamışdır. Avstralasiya regionunda Madman Entertainment 18 dekabr 2013-cü ildə ilk DVD/BD cildini, 19 mart 2014-cü ildə isə sonuncu — dördüncü cildi buraxmışdır. Böyük Britaniyada Manga Entertainment 16 dekabr 2013-cü ildə animeni buraxmağa başlamışdır. "Sword Art Online: Extra Edition" Aniplex of America tərəfindən lisenziyalaşdırılmış və 23 dekbar 2014-cü ildə Şimali Amerikada buraxılmışdır. + Aniplex of America ( Şimali Amerika, Region 1) Cild SeriyalarDVD buraxılış tarixiBlu-ray buraxılış tarixiI cild1–713 avqust 201313 avqust 2013II cild8–1417 sentyabr 201317 sentyabr 2013III cild15–1915 oktyabr 201315 oktyabr 2013IV cild20–2519 noyabr 201319 noyabr 2013 + Manga Entertainment (, Region 2) Cild SeriyalarDVD buraxılış tarixiBlu-ray buraxılış tarixiI cild1–716 dekabr 201316 dekabr 2013II cild8–1427 yanvar 201427 yanvar 2014III cild15–1924 fevral 201424 fevral 2014IV cild20–2531 mart 201431 mart 2014 + Madman Entertainment ( Avstralasiya, Region 4) Cild SeriyalarDVD buraxılış tarixiBlu-ray buraxılış tarixiI cild1–718 dekabr 201318 dekabr 2013II cild8–1415 yanvar 201415 yanvar 2014III cild15–1919 fevral 201419 fevral 2014IV cild20–2519 mart 201419 mart 2014
İspanca buraxılış Selecta Vision anime serialının seriyalarını iki hissəli şəkildə DVD və BD formatlarında İspaniyada buraxmışdır. Hər hissəyə 3 disk daxil edilmişdir. Şirkət "Extra Edition" filmini də DVD və BD formatlarında buraxmışdır. + Selecta Vision (, Region 2) Cild Seriyalar DVD buraxılış tarixi Blu-ray buraxılış tarixiI cild1–145 noyabr 201415 sentyabr 2015II cild15–2511 fevral 201511 fevral 2015Extra Edition–5 avqust 201524 oktyabr 2016
İtalyanca buraxılış Dynit anime serialının seriyalarını iki hissəli şəkildə DVD və BD formatlarında İtaliyada buraxmışdır. Buraxılışlara 16 səhifəlik buklet, veb-treylerlər, "Sword Art Offline" bonus seriyaları, müsahibələr və orijinal saundtrek də daxil edilmişdir. + Dynit (, Region 2) Cild Seriyalar DVD buraxılış tarixi Blu-ray buraxılış tarixiI cild1–1414 mart 201414 mart 2014II cild15–2523 iyul 201423 iyul 2015
Almanca buraxılış Peppermint Anime anime serialının seriyalarını alman dilinə dublaj edilmiş halda 4 DVD və BD cildi şəklində Almaniyada buraxmışdır. Birinci cilin məhdud nəşri də istehsal olunmuşdur. Məhdud nəşrə kolleksiya daxil edilmişdir. + Peppermint Anime (, Region 2) Cild Seriyalar DVD buraxılış tarixi Blu-ray buraxılış tarixiI cild1–727 sentyabr 201320 sentyabr 2013 (məhdud)8 oktyabr 2013II cild8–1429 noyabr 201329 noyabr 2013III cild15–1931 yanvar 201431 yanvar 2014IV cild20–2528 mart 201428 mart 2014Extra Edition–1 avqust 201425 may 2018
Fransızca buraxılış Wakanim animeni Fransada həm iki hissəli cildlər şəklində, həm də tam şəkildə buraxmışdır. Cildlərin qızıl buraxılışları, tam versiyanın isə həm qızıl, həm də sapfir buraxılışları istehsal olunmuşdur. Şirkət "Extra Edition" epizodunu da buraxmışdır. Buraxılışlara 50 səhifəlik artbuklar, "Sword Art Offline" bonus seriyaları, açılış və bağlanış mahnılarının karaoke versiyaları, açıqcalar, "Sword Art Online" kainatı haqqında 28 səhifəlik kitabça daxil edilmişdir. + Wakanim (, Region 2) Cild Seriyalar DVD buraxılış tarixi Blu-ray buraxılış tarixiI cild1–1413 iyul 201321 dekabr 2013 (qızıl buraxılış)13 iyul 201321 dekabr 2013 (qızıl buraxılış)II cild15–2524 dekabr 201320 may 2014 (qızıl buraxılış)24 dekabr 201320 may 2014 (qızıl buraxılış)Tam mövsüm1–257 iyul 201423 iyul 2015 (qızıl buraxılış)23 iyul 2015 (sapfir buraxılış)7 iyul 201423 iyul 2015 (qızıl buraxılış)23 iyul 2015 (sapfir buraxılış)Extra Edition–24 iyun 201524 iyun 2015
Sword Art Offline Sword Art Offline Yaponiyada DVD və Blu-ray cildləri ilə buraxılmış bonus seriyalardır. Bonus seriyalar 10 ədəddir və ekstra buraxılış da daxildir. Bonus seriyalar Aniplex of America tərəfindən Şimali Amerikada,, Dynit tərəfindən İtaliyada, Wakanim tərəfindən Fransada buraxılmışdır. +Sword Art Offline seriya siyahısı Başlıq Buraxıldığı cild
Yayım Anime serialı Yaponiyada Tokyo MX, tvk, TVS, TVA, RKB, HBC və MBS kanallarında 2012-ci ilin 7 iyulundan 22 dekabrına kimi, AT-X, Chiba TV və BS11 kanallarında isə başqa tarixlər arasında nümayiş etdirilmişdir. ABŞ-də 27 iyul 2013-cü ildə Adult Swim-in Toonami bloku tərəfindən, Avstralasiyada 7 iyun 2014-cü ildən ABC3 tərəfindən, Almaniyada Animax Germany və 7tv tərəfindən, Filippində 2015-ci ildə TV5 tərəfindən, İtaliyada 15 aprel 2013-cü ildən Popcorn TV və 2014-cü ildə Rai 4 tərəfindən, Rusiyada 30 noyabr 2015-ci ildən 2x2 tərəfindən, Fransada 1 sentyabr 2014-cü ildən J-One tərəfindən yayımlanmışdır. 5 may 2018-ci ildə Meksikada Televisa Canal 5 vasitəsilə yayımlanacağı anons edilmişdir. Bunlardan əlavə, Wakanim, Crunchyroll, Hulu və 15 mart 2015-ci ildən Netflix animeni öz platformalarında yayımlamışdır.
"Sword Art Online Extra Edition" Yaponiyada yayımlandıqdan bir neçə saat sonra bütün dünyada yayımlanmışdır. Daisuke vasitəsilə bütün dünyada yayımlanan bu iki saatlıq anime televiziya filmi ancaq fransızdilli ölkələrdə, eləcə də, Çin və Cənubi Koreyada göstərilməmişdir. Daisuke ingilis, ispan, portuqal, italyan, alman dillərində subtitrlar təklif etmişdir. İngilisdilli ölkələr, eləcə də, Meksika, Mərkəzi və Cənubi Amerika ölkələri anime televiziya filmini Crunchyroll vasitəsilə izləmək imkanına malik olmuşdur. "Extra Edition" Cənubi Koreyada Aniplus kabel televiziyası, Çində isə LeTV saytı vasitəsilə yayımlanmışdır. Fransızdilli ölkələr üçün isə bu imkanı Wakanim saytı yaratmışdır.
Qeydlər
İstinadlar
Xarici keçidlər Sword Art Online-ın rəsmi anime saytı Sword Art Online-ın rəsmi ABŞ anime saytı
Kateqoriya:Anime seriyalarının siyahıları Kateqoriya:Sword Art Online