() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Təbii yayılması Kanada, Amerikanın Arizona ştatının cənubunda qumlu torpaqlarda bitir.
Botaniki xarakteristikası Hündürlüyü 3–5 m-ə, diametri 1–3 m-ə çatan həmişəyaşıl kol bitkisidir. Budaqları düz və ya bir az əyilmışdir. Göyümtül, düz yarpaqlarının uzunluğu 0,2–0,5 m, eni 4 sm-dək olub coddur, kənarları dişciksizdir, bünövrəsində bir az daralır. Yarpağın kənarları nazik saplarla örtülmüşdür. Budaqları və çiçəksaplağı əyilmışdir. Çiçəkləri ağ olub, süpürgə çiçək qrupunda toplanmışdır. Abşeron şəraitində çiçəkləməsi iki dəfə: 1-ci çiçəkləmə aprel-may ayında, 2-ci çiçəkləmə isə avqust-sentyabr aylarında müşahidə edilir. Bol çiçəkləməsinə baxmayaraq, meyvə əmələ gətirmə tam başa çatmır. Toxumla, əsasən kök və gövdə pöhrələri ilə çoxaldılır. Bu məqsədlə gövdədə mişarla bir neçə yerdə yarıq açılır. Növbəti ildə həmin hissədən yeni cücərti əmələ gəlir. Toxumla çoxaldılmanın yazda aparılması məqsədyönlüdür.
Ekologiyası Həyat müddəti 50 ilə qədərdir. İşıqsevədir, küləyə və zərərvericilərə qaqrşı davamlıdır. Kasıb torpaqlarda da yaxşı bitir.
Azərbaycanda yayılması Lənkəran, Abşeron və Qobustanda mədəni şəraitdə becərilir.
İstifadəsi Yaşıllaşdırmada tək və qrup əkinlərində, canlı çəpərlərin salınmasında, müxtəlif kompozisiyaların qurulmasında genış istifadə edilir.
Sinonimləri
Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər