Duy – Azərbaycan müğənnisi Aygün Kazımovanın albomudur.
Hazırlanması Albom 2018-cü ildə Gürcüstanda hazırlanmışdır. Dünyaca məşhur DJ David Vendetta tərəfindən hazırlanan "Duy" adlı mahnıda Aygün Kazımova milli və müasir musiqini sintez edib. Eyni zamanda ifalarda muğamdan istifadə olunub. Həmçinin tar, kaman, zurna, ud kimi musiqi alətlərinin səsinə rast gəlmək olar. Albomun musiqi prodüseri gürcü musiqiçi Kakhaberidir. Səsyazmalar Gürcüstanın məşhur "Bravo" studiyasında həyata keçirilib. Layihənin "cover" fotosu üçün Kazımovaya maraqlı bir obraz yaradılıb. O, uzunqollu əlçək, böyük şlyapa və dərin sinə dekolteli qara paltarda kamera qarşısına keçib. Bütünlüklə beynəlxalq komanda tərəfindən ərsəyə gətirilən bu sənət nümunəsi keyfiyyəti ilə seçilir. Layihə "SS Production" tərəfindən reallaşdırılıb.
Mahnıların Siyahısı
Hit parad SiyahıƏnyüksəkAzerbaijan iTunes Top AlbumsAzerbaijan iTunes Top Albums 8 sentyabr 2018 tarixində yüksəlmişdir1Apple Music Azerbaijan Pop1Apple Music Azerbaijan2
İstinadlar
Həmçinin Bax Rəsmi YouTube Kanalı Rəsmi Facebook Səhifəsi Rəsmi İnstagram Səhifəsi
Kateqoriya:Aygün Kazımova albomları Kateqoriya:2018-ci ilin musiqi albomları