() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. Cinsin yeganə təmsilçisidir.

Təbii yayılması Təbiətdə növün arealı Çin və Yaponiyanı əhatə edir. Şimali Amerikada mədəni şəraitdə becərilir.

Botaniki təsviri Hündürlüyü 5-6 m-ə çatan, silindrik, zərif çətirli və düz dayanan, az budaqlanan yan zoğlu həmişəyaşıl ağac və ya koldur. Zoğların qabığı açıq qonur-bənövşəyi, sonradan boz-qonur, uzununa şırımlıdır. Kök sistemi uzun deyil. Tumurcuqların uzunluğu 1 sm, biz, yanlardan yapışıqlı, yaşılımtıl-qonur və ya qırmızımtıl pulcuqlu, paralel damarcıqlıdır. Yarpaqların uzunluğu 30-40 sm olub, budaqların yuxarı hissəsində yığılmışdır, ümumi görünüşü üçkünc, mürəkkəb, cüt olmayan-lələkvaridir. Xırda yarpaqları parlaq, rombvari, lansetvari, ucu biz, uzunluğu 10 sm-dək, eni 2,5 sm olub, tünd-yaşıldır. Payızda qırmızı-qonur və qırmızı olur, yazda qonurlaşır. Saplaqların uzunluğu 10-15 sm, bünövrəsi enli, xırda yarpaqların saplaqlarının uzunluğu isə 1-3 sm-dir. Çiçək qrupunun uzunluğu 20-40 sm olan, uc süpürgədir. Çiçəklərin diametri 6 mm, spiral yerləşmiş 3 sarı-ağ ləçəklər kasayarpaqlarını əmələ gətirir, nektarlıqları 3 və ya 6 ədəddir. Giləmeyvələri parlaq qırmızı, bəzən ağ, diametri 8 mm olub, ucu bizdir. İyun-iyulda çiçəkləyir. Sentyabr-oktyabrda meyvə verir. Oduncağı sarımtıl-qonurdur. Toxumla, kök zoğları, qələmlərlə və calaqla çoxaldılır.

Ekologiyası Rütubət və işıqsevən bitkidir. Dağ yamaclarında bitir.

Azərbaycanda yayılması Abşeronda, Gəncədə, Sumqayıtda və digər şəhər və rayonlarda mədəni şəraitdə park və bağlarda becərilir.

İstifadəsi Dekorativ bitkidir. Qrup və tək əkinlərdə istifadə edilir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Asiya florası