() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı İranda, Qafqazda, Avropada və Orta Asiyada yayılmışdır. Xəzər dənizin Qafqaz sahillərində təsvir edilmişdir.
Botaniki xarakteristikası 15-75 sm hündürlüyündə kolcuqdur. Çılpaq, əksər hallarda birillik, ağımtıl zoğlu, çox asan qırılan, oduncaqlaşmış gövdə və budaqlara malikdir. Yarpaqları növbəli düzülüşlü, çılpaq, zəif inkişaf etmiş, ətli, şirəli və ya kiçik yarpaqaltlığa malikdir. Pulcuqşəkilli çiçəkaltlıqlarının qoltuğunda üç-üç yerləşən çiçəkləri vardır. Meyvələrdə çiçəkyanlığı 4-5 künclüdür. Aprel ayında çiçəkləyir. Meyvələr dəyirmi ovalşəkillidir, uzunluğu 1-1,5 mm, üzəri qısa əmziklərə oxşar çıxıntılarla örtülüdür, oktyabr ayında yetişir.
Ekologiyası Duza və istiyə davamlı bitkidir.
Azərbaycanda yayılması Böyük Qafqaz, Kür-Araz ovalığı və Naxçıvanda təpəli şoranlıqlarda və şorlaşmış yerlərdə, səhra və yarımsəhralarda təsadüf edilir və seyrəlmiş təmiz cəngəlliklər əmələ gətirir. Abşeronda dənizkənarı ərazilərdə rast gəlinir.
İstifadəsi Yanacaqda istifadə olunur. Bəzi heyvanlar tərəfindən yeyilir. Tərkibində az miqdarda alkaloidli maddələr vardır. Bu bitkinin yaşıl sabunla qarışığı insektisid xüsusiyyətlərinə malikdir. Yaşıllaşdırmada istifadə olunmur.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər Kateqoriya:Avrasiya florası