Əzimə Ağalarova (Əzimə Xaspolad qızı Agalarova; ) — Azərbaycan yazıçısı.

Həyatı Əzimə Ağalarova 1959-cu ildə mart ayının 18-də Azərbaycan Respublikasının Zərdab rayonunda anadan olub. 1976-cı ildə Ş.Qurbanov adına 2 nömrəli orta məktəbi bitirimiş, həmin ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) İngilis-Fransız dilləri fakültəsinə qəbul olmuş, 1981-ci ildə məzun olmuşdur. İlk işinə 1984-cü ildə Azərbaycan Respublikası Daxili işlər Nazirliyində başlamış, 1993-cü il dekabr ayında Almaniyanın Hamburq şəhərinə köçmüşdür. 6 dildə bilən yazıçı Almaniyada müxtəlif sahələr üzrə tərcüməçi işləmişdir. 1 oğlu, 3 nəvəsi var.

Yaradıcılığı Yazarliga 6 il əvvəl 2013-cü ildə başlayan Əzimə Ağalarova 6 kitab, 5 roman müəllifidir. Bir il ərzində iki kitabı nəşr olunmuş yazarın əsərlərinin əsas mövzusu gizli təskilatlar, dərin dövlət və eşqdir. Belletristik janrlarda yazır. thumb|left|Bakıdan Qahirəyə və Stokholma uzanan yol kitabı Romanları

Yıpranmış hayellerin peşinde romanı (2016-cı ildə İstanbulda anadolu türkcəsi ilə, Mərmərə Universitetində əsərin təqdimatı keçirildi);Almaniyada yaşayan azərbaycanlı yazıçının kitabı türk dilində çapdan çıxıb Bakıdan Qahirəyə və Stokholma uzanan yol romanı (2015-ci ildə ingilis dilində "A long trip from Baku to Cairo and Stokholm" adı ilə İsveçdə yayımlanmış, Avropanın 5 ölkəsində online satışa verilmiş, 2016-cı ildə isə Azərbaycanda da azerbaycan dilində nəşr olunmuşdur. Hal-hazırda isveç dilinə təcümə olunur); Gecələrdə gizli qaldim (Azərbaycanda); Təyyarə qanadinda uçan ruh. (Azərbaycanda) Ağlayan Duvar romanı (Qısa zamanda Türkiyədə anadolu türkcəsi ilə yayımlanacaq)

Həmçinin bax

Sevinc Nuruqızı Güllü Yoloğlu

Xarici keçidlər

Azərbaycanlı yazıçının Türkiyədə yeni kitabı nəşr olunub Azərbaycanlı yazıçının müsahibəsi Azərbaycanlı Yazıçının Türkiyədə Kitabı Çıxdı – Foto

İstinadlar

Kateqoriya:Azərbaycanlı yazıçılar