thumb|250px Bir məkanda məskunlaşmış insanlar tərəfindən yaradılan, sevərək oxunan və çalınan, o yerin insanlarının ümumi yaradıcılığı olan və ağızdan-ağıza ötürülərək yaşadılıb günümüzə qədər çatdırılan musiqilərdir. Bu musiqilər yerli mədəniyyətlərin izlərini daşıyır və yaradıcılarının adlarının çoxü məlum deyil. Türk Xalq Musiqisi şifahi ədəbiyyat ənənəsinin davamıdır. Aşıq ədəbiyyatı kimi də tanınan bu musiqi növünün ilk nümunələri Anadoluda meydana gəlmişdir. Koroğlu, Harabi və Dərdli kimi xalq ədəbiyyatı aşıqlarının bəstələnmiş şeirləri Türk Xalq Musiqisinin ilk nümunələri sırasında yer alır.

Ölkə xalq musiqisini, tarixin qədim zamanlarından bu günə qədər Anadolu və Rumelidə mövcud olmuş bütün mədəniyyətləri, onlara məxsus dəyərləri bir yerə cəmləşdirən və bölgələrə görə mədəni fərqləri özündə ehtiva edən, son nəticədə zəngin və müxtəlif növ musiqilərə görə bütün dünyada müsbət qiymətləndirilir.

Xalq musiqisi, onun yayıldığı bölgə baxımından müxtəlif çeşidliliyi və fərqliliyi, ümumi sinifləşdirmə baxımından İstanbul və Rumeli, Ege, Orta Anadolu, Şərqi Anadolu, Qaradəniz, Ağdəniz daxil olmaqla 7 bölgə daxilində cəmləşdirilərək analiz edilə bilər. Bununla yanaşı eyni bölgədə yerləşən kənd, mərkəz və ya bu tipli yerlər arasında ciddi fərqlərin meydana çıxa biləcəyi də diqqqətdən qaçırılmamalıdır.https://www.milliyet.com.tr/gundem/turk-halk-muzigi-nedir-turk-halk-muziginde-kullanilan-calgilar-ve-ozellikleri-nelerdir-6437114

Türk Xalq Musiqisində İstifadə Olunan Musiqi Alətləri və Xüsusiyyətləri • Bağlama (Saz): Türk Xalq Musiqisinin ən əsas simli alətidir. Aşıqların və xalq sənətçilərinin ən çox istifadə etdiyi alətdir.

• Kaval: Ağacdan hazırlanan nəfəs alətidir. Xüsusilə Anadolu və kənd musiqisində geniş yayılmışdır. Mey: Güclü və təsirli səsə malik nəfəs alətidir. Daha çox Şərqi Anadolu bölgəsində istifadə olunur.

• Zurna: Yüksək və gur səs çıxaran nəfəs alətidir. Toylarda, şənliklərdə və xalq oyunlarında geniş istifadə edilir. Davul: Ritmi təmin edən zərb alətidir və adətən zurna ilə birlikdə çalınır.https://www.milliyet.com.tr/gundem/turk-halk-muzigi-nedir-turk-halk-muziginde-kullanilan-calgilar-ve-ozellikleri-nelerdir-6437114

Kateqoriya:Türkiyə musiqisi Kateqoriya:Xalq musiqisi Kateqoriya:Türk xalq musiqisi