Malta arxipelaqı — Aralıq dənizinin mərkəzində yerləşən böyük olmayan arxipelaq. Siciliya adasından 93 km cənubda, Tunisdən isə 288 km aralıda yerləşir.
Coğrafiyası Malta arxipelaqının ümumi sahəsi 316 km²-dir. adalar içməli su baxımından klasıbdır. Adalar Malta dövlətinə məxsusdur. Malta heç bir ölkə ilə quru sərhədinə malik deyildir. Şimaldan Siçiliya adasından Malta boğazı iilə ayrılır. Arxipelaqa üç yaşayışı olan ada daxildir: Malta, Qozo və Komino. Digər adalar isə əsasən iri qaya parçaları olduğundan onlarda yaşauış yioxdur.
Adalar son buz dövründə Afrika ilə Avrasiya materikləri arasında quru yol üzərində olmuşdur. Arxipelaq Malta platosu üzərində yerləşir. Arxipelaqın yerləşdiyoi rayondan Avrasiya və Afrika litosfer tavalarının sərhəddi keçir.
Geoloji baxımından adalar əhəng daşından təşkil olunmuşdur. Ən hündür nöqtəsi Ta-Dmeyrek (253 m) dağıdır. irvə Malta dasının cənub-qərbində yerləşir. Gil və qumlaq sahələrə malikdir. relyefi əsasən düzəndir. Adalar küləyin təsiririnə məruz qalırlar.
İqlimi subtropidir. Temperatur qışda +12 — +13 °С , yayda isə +25 — +26 °C arasında dəyişir. İl ərzində 553.3 mm yağıntı düşür. Yağıntılar sentyabr-mart ayları arası düşür.
Qozo və Malta adaları ərazisinin böyük hissəsini yaşayış məntəqələri tutur. Digər adalar isə qorunur. Burada kifayət qədər endemik növlərə rast gəlinir.
Adalar Ada ing. mt. Əhalinəf. (2005) sahəsikm² Sıxlıqnəf./km² Malta Malta Island Malta 373 955 246 1520,14 Qozo Gozo Għawdex 31 003 67 462,73 Komino Comino Kemmuna 4 3,5 1,14 Kominotto Cominotto Kemmunett — 0,25 — Delimara Delimara Island Sikka ta' Delimara — 0,31 — Filfla Filfla Filfla — 0,06 — Sent-Pols adası St Paul’s Island Il-Gżejjer ta' San Pawl — 0,1 — Manoel Manoel Island Il-Gżira Manwel — — Göbələk qayası Fungus Rock Il-Ġebla tal-Ġeneral — 0,006 — Filfoletta Filfoletta Filfoletta — —
İstinadlar
Kateqoriya:Malta adaları