Billefiord () — Qərbi Şpisbergen (Şpitsbergen arxipelaqı, Norveç) adasının qərbində yerləşən fiord. İsfiordun bir qolunu təşkil edir. Uzunluğu 30 km, eni 5–7 km təşkil edir. Şimal-qərbdən Dikson Torpağı, cənub-şərqdən isə Byunsov Torpağı ilə əhatələnir. Fiordun şimal-qərbinndə Piramida qəsəbəsi yerləşir. Şimal-şərqində isə Nordenşyoldbrin buzlağı ilə əhatələnir. Fiord hollandiyalı balina ovçusu Kornelius Billenin şərəfinə () adlandırılmışdır. Mənbə Conway, W. M. 1906. No Man’s Land: A History of Spitsbergen from Its Discovery in 1596 to the Beginning of the Scientific Exploration of the Country. Cambridge: At the University Press. Billefjorden
Kateqoriya:Şpitsbergen fiordları Kateqoriya:Qrenland dənizi körfəzləri