Cia Karanci (29 yanvar 1960, Filadelfiya, Pensilvaniya ABŞ) — 1970-ci illərin sonu və 1980-ci illərin əvvəllərində Amerikanın ilk supermodellərindən biri. Onun üzü bir cox jurnalların üz qabığında dərc etdirilmişdir. O model olmaq üçün Nyu-Yorka 18 yaşı olanda gəlmişdir.

Karyerası Cia Karanci model fəaliyyətinə başlayandan sonra tezliklə bir çox əlçatmaz fotoqrafların diqqətini çəkə bildi. Çox gözəl bədənə və sinəyə malik olan Cia Karanci hər kəsin sevimlisinə çevrildi. Kris von Vangenheim, Françesko Skavullo, Artur Elqort, Riçard Avedon kimi fotoqroflarla işləmişdi. Bodi Basiks, Kristian Dior, Kutex, Diane von Fürstenberq, Corco Armani Lanketti, Levi's, Maybelline, Perry Ellis, Versace, Vidal Sassoon, Yves Saint Laurent kimi məşhur adlarla çalışmışdı.

Onunla işləyən hər bir insan Cianın həddindən artıq enerjili və sadə olduğunu söyləyir. O yaşadığı müddətdə karyerasında bir model olaraq ən yüksək uğurlara nail ola bilmişdi. Lakin 1980-ci ildə Sent-Bartsda baş verən fotosessiyadan sonra model agentliyinə rəhbərlik edən və onda öz axtardığı anasını görən Vilhelminanın qəfil ölümü Cianı uçuruma doğru aparır. Həmin ərəfədə o narkotika qurşanır və bu onun karyerasını dağıtmaq üçün bir zəmin olur. Qollarında xoşagəlməz ləkələr görünməsi, gözəlliyinin solması və çəkilişlərə gecikməsi artıq onun karyerasını sonlandırır. 1981-ci ildə o, ictimaiyyətin gözündən yoxa çıxır.

Şəxsi həyat Onu kişilər maraqlandırmırdı, o qadınlara üstünlük verirdi. Sandi Linter ilə sevgi həyatı yaşadığı məlumdur.

Cia yalnızlıqdan qurtulmaq istəyirdi və həmişə əsl sevgi axtarışında idi. Bir müddət Elissa Qolden ilə birlikdə oldu, amma bu uzun sürmədi. O, həmişə qadınlarla problemi olduğunu söyləyərdi. Onu tanıyan modellər Cianın həmişə dərdli olduğunu və onu sevəcək birini axtardığını söyləyirdilər. Anasını çox sevən Cia ondan hec vaxt yetəri qədər diqqət görmədiyi üçün həmişə özünü tək hiss edirdi. Onun üçün ögey ana olan Vilhelmina Kuper və Kris von Vangenheimin ölümü ona çox pis təsir etdi. Bu vaxt yenə anasına ehtiyac duyan Cia yenə yalnız qaldı.

Sonunda o narkotik istifadə etməyə başladı. Bir neçə dəfə sağalmağa çalışsa da yenidən narkotikə qurşanırdı. Nəhayət o narkotikə üstün gəldi amma artıq çox gec idi, çünki az bir müddətdən sonra həkimlər onda QİÇS xəstəliyini aşkar etdilər. Həmişə sadə həyat və əsl sevgi, diqqət axtaran Cia 18 noyabr 1986-cı ildə 26 yaşında vəfat etdi. Onun dəfn mərasimi 21 noyabrda keçirildi və model aləmindən heç kəs iştirak etmədi.

Yalnız fotoqraf Skavullo bir müddət sonra ölümündən xəbərsiz olduğunu söyləyərək anasına baş sağlığı göndərmişdir.

Xatirəsi Hazırda Cia Karancinin adına xeyriyyə fondları fəaliyyət göstərir və milyonlarla fanatı var. Təsadüfi deyil ki, onun adına şəxsi veb sayt da mövcuddur. Stefen Fridın Thing of Beauty kitabı Cianın tərcümeyi halı və onun faciəli həyatı haqqındadır.

Çox faciəli həyat keçirən və yeganə arzusuna çatmayan Cianın həyatı haqqında film də çəkilmişdir. Cia () adlanan həmin filmdə onu Ancelina Coli canlandırmışdır. Aktira 2000-ci ildə Cia roluna görə "Qızıl Qlobus" mükafatını qazandı və eyni rola görə Emmi mükafatına namizəd oldu.

İstinadlar

Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:ABŞ fotomodelləri Kateqoriya:XX əsr ABŞ qadınları Kateqoriya:Nyu-York şəxsləri