Tüfəngçibaşı və ya tüfəngçiağası — Səfəvilər dövlətində ordu rütbəsi. Tüfəngçiağası dövlətin dörd sütunundan biri olub, minbaşıların, yüzbaşıların, carçıların, tüfəngçilərin, qarovulçuların və baltadaşıyanların başçısı idi. Onların məvacibi, tiyulu, illik müavinət və mükafatları yüksək dərəcəli tüfəngçiağasının icazəsi və Ali Divanın vəzirinin fərmanı ilə təyin olunurdu. Fərman və qərarların mətnləri isə tüfəngçiağasının tuğrası və möhürü ilə təsdiqlənirdi.
İyerarxiyada yeri thumb|275x275px|Səfəvi ordusunda tüfəngçi Tavernye qeyd edir ki, tüfəngçilərin rəisi və başçısı olub, rütbəsinə görə, əsgəri təşkilatda qorçubaşı və qullarağasından sonra üçüncü yerdə dayanırdı.
Mirzə Səmia özünün “Təzkirət ül-müluk” əsərində yazır ki, qorçubaşı, qullarağası, eşikağasıbaşı və tüfəngçiağasından ibarət dörd nəfər dövlətin əsas dayaqları hesab olunurdu. Məhəmməd Rəfi Ənsari isə “Dəstur ül-müluk” əsərində qeyd edir ki, sarayın dörd əmirini möhtəşəm dövlətin sütunları sayırlar: birinci – qorçubaşı, ikinci – qullarağası, üçüncü – eşikağasıbaşı, dördüncü – tüfəngçiağası.
Vəzifələri Tüfəngçibaşı Səfəvi dövründə dövlət şurasının üzvü olmaqla yanaşı, tüfəngçi hərbi hissəsinin minbaşılarının, yüzbaşılarının, saray carçıları və qulluqçularının başçısı və ağsaqqalı idi. Onun rütbəsi qorçubaşı və qullarağasından sonra üçüncü yerə uyğun gəlirdi. Ona tabe olanların bütün tiyul, həmesale, məvacib, barat və mükafatları onun təqdimatı əsasında baş vəzirin yazılı hökmü ilə təsdiqlənir və bu hökm əsasında ödənilirdi. Həmçinin, tüfəngçilərin və carçıların, minbaşıların, yüzbaşıların və carçıbaşıların qulluğa götürülməsi və onların maaşlarının təyini alicah tüfəngçiağasının təqdimatı və baş vəzirin yazılı hökmü əsasında həyata keçirilirdi. Tüfəngçilərə aid bütün məsələlər, o cümlədən rütbə cədvəli, müvafiq idarənin vəziri və mustoufiləri ilə birlikdə tüfəngçiağasının iştirakı ilə Şaha çatdırılırdı.
Tüfəngçi ağası və ona tabe olanlar şahın çadırının önündə növbə tutur, döyüş zamanı isə şahın yanında mövqe alırdılar. Ümerayi Cəngin komandanlarından biri olan tüfəngçi ağası, şahın sağ tərəfində, sadri xassənin arxasında otururdu, bəzi hallarda isə sol tərəfdə yerləşirdi. Tüfəngçi ağasına vəzifəyə təyin olunan şəxsə xələt, ciyə və tacın yanında qızıl örtüklü tüfəng verilirdi. Döyüş bayrağı yaşıl kənarlı ağ rəngdə olurdu.
“Dəstur ül-müluk” əsərində göstərilir ki, tüfəngçi ağasına əlavə olaraq İsfahan tüfəngçilərinin minbaşısı və qorçu cilov tüfəngçilərinin minbaşısı kimi tanınan iki komandir də fəaliyyət göstərirdi. İsfahan tüfəngçilərinin minbaşısı şah səfərdəykən paytaxtda qalmalı və gecələri əmri altında olan tüfəngçilərlə birlikdə növbəyə hazır olmalı idi. Onların maaşları tüfəngçi ağası və baş vəzirin təsdiqi ilə verilirdi və məclisdə başlarına tac qoyularaq qorçu-cilov tüfəngçilərinin minbaşının arxasında dayanırdılar. Qorçu cilov tüfəngçilərinin minbaşısı da oxşar vəzifələri yerinə yetirir, növbə zamanı şahın çadırını qorumaq onun və tüfəngçi ağasının əsas vəzifələrindən biri idi. Onlara müəyyən maaş və tiyul torpaqlarından gələn gəlirdən pay verilirdi.
“Abbasnamə”də qeyd olunur ki, Ağa Tahir adı ilə tanınan Mir Fəttah, Şah Səfi dövründə adi tüfəngçidən Bağdadda tüfəngçiağasıbaşı vəzifəsinə yüksəlmişdi. Onun fəaliyyəti ilə bağlı şaha çoxlu şikayətlər daxil olmuş və II Şah Abbas etimadəddövlə və digər dövlət məmurlarına Mir Fəttahın işi və fəaliyyətini yoxlamaq barədə fərman vermişdi. Yoxlama nəticəsində onun tüfəngçilərin əməkhaqlarından qeyri-qanuni mənimsəmə və oğurluq halları aşkar edildi. Mir Fəttahın qardaşı oğlu minbaşı Məhəmməd Səid və tərəfdarlarının onun müdafiəsinə çalışması Şahı qəzəbləndirdi. Nəticədə Şah qullarağası Siyavuş xana hər ikisinin tutulub edam olunması barədə fərman verdi və fərman dərhal icra edildi. Tüfəngçibaşı vəzifəsi Qələndər Sultan Cığataya tapşırıldı.
Səfəvilər dövründə tüfəngçibaşıların siyahısı I İsmayılın hakimiyyəti: Mirzə Şah Hüseyn (1516)
Təhmasib I-in hakimiyyəti:
Kür Həsən (1529) ? Mir Sahibi Qoşun (1576)
II İsmayılın hakimiyyəti:
Mir Sahibi Qoşun (1576) ?
Məhəmməd Xudabəndənin hakimiyyəti:
?
I Abbasın hakimiyyəti:
İsmayıl bəy (1614–1615) Zaman bəy (1629)
Şah Səfinin hakimiyyəti:
Rüstəm bəy (1630) Mir Fətih Qumaşəhi (1634–1635) Ağa Tahir (1635–1643)
II Abbasın hakimiyyəti:
Ağa Tahir (1635–1643) Qaləndər Sultan Cığatay (1643–1661) Budaq sultan (1661–1668)
I Süleymanın hakimiyyəti:
Budaq sultan (1661–1668) Şeyxəli xan Zəngənə (1668–1669) Abbas bəy Zəngənə (1669–1670) Keyxosrov xan (1670–1674) Hacıəli xan Zəngənə (1674–1691) Əşaq Xan
Sultan Hüseynin hakimiyyəti:
Əşaq Xan Musa Xan (1711–1715) Hüseyn Əli Xan (1717–1720) Məhəmməd Əli xan Mükri (1720–1722)
Təhmasib II-in hakimiyyəti:
Əhməd xan (1723) Şahverdi xan Çeşmqazıq (1724)
İstinadlar
Ədəbiyyat
Əlavə ədəbiyyat