Ludar burnu () — Baykal gölünün şimal-qərbində, Baykalskoe kəndindən 2 km şimal-şərqdə yerləşir. Burunda qədim mağara vardır. Mağarada qədim dövrə aid saxsı qablar aşkarlanmışdır. Mağara yaxınlığında isə qədim dövrə aid olan yaşayış yerinin qalıqları vardır. Bu yaşayış yerinin yaşı təqribi olaraq 4 min il götürülür.

Burunda yerləşən Ludar dağında, hündürlüyü 0,3–0,5 m olan daş tikilinin qalıqları vardır. Daş tikilinin sahəsi 3–4 km²-dir.

Ədəbiyyat Вокруг Байкала: Мини-энциклопедия. — Иркутск: ИП Осинкина Л. А., ООО РИА "Рико", 2006.

Kateqoriya:Buryatiya burunları