Adil Aşırım () — XX çağırış Türkiyə Böyük Millət Məclisinin Iğdırdan deputatı, elektrik mühəndisi.
Həyatı 1964-cü ildə İğdırda anadan olan Adil Aşırım, orta məktəbi Ədirnənin Uzunkörpü ilçəsində tamamlamışdır. 1983-cü ildə daxil olduğu Orta Şərq Texniki Universiteti Elektrik və Elektronika mühəndisliyi fakültəsindən 1987-ci ildə məzun olduqdan sonra 1988–1990-cı illərdə İstanbul Texniki Universitetində magistr təhsili almışdır. 5 il telekomunikasiya sahəsində araşdırma və layihə mühəndisliyi edən Aşırım, müxtəlif şirkətlərdə elektrik-elektronik sənayesində rəhbər kimi çalışmışdır.
Ailəsi Ailəldir, 2 övladı var.
Siyasi fəaliyyəti
Demokratik Sol Partiyada Adil Aşırım ilə qatıldığı 1995-ci il tarixli Türkiyədə parlament seçkilərində Demokratik Sol Partiya namizədi kimi seçkilərə qatılmış 14 faizlə seçkiləri 4. sırada tamamlasa da, səs faizi daha çox olan 3 namizəddən ikisi partiyalarının (Xalqın Demokratik Partiyası və Milliyətçi Hərəkat Partiyası seçim limitinin altında qalması səbəbi ilə millət vəkiçi seçilmişdir.
Adil Aşırım 1996-cı ilin yanvarında özəl televiziyalardan birinə siyasi partiya mənsubiyyəti haqqında açıqlama vermişdir:
Bu açıqlamadan sonra Demokratik Sol Partiya Adil Aşırımın partiyadan ixrac edilməsi tələbini partiyanın Mərkəzi Nəzarət Təşkilatına göndərdi. Adil Aşırım daxili prosesi gözləməyərək 11 yanvar 1996-cı ildə Demokratik Sol Partiyadan istefa edərək Ana Vətən Partiyadına üzv oldu.
Ana Vətən Partiyasında Adil Aşırım 2002-ci ilə qədər Ana Vətən Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur. O, həmçinin, 1996–2001-ci illərdə Məsud Yılmazın müşaviri və 2001–2003-cü illərdə isə Ana Vətən Partiyasının xarici əlaqələr katibi vəzifəsində çalışmışdır. Daha sonra isə Adil Aşırım Ana Vətən Partiyasından istefa verərək Milliyətçi Hərəkat Partiyasına üzv olmuşdur.
İstinadlar
Kateqoriya:TBMM XX çağırış deputatları Kateqoriya:Türkiyə siyasətçiləri