Şahin Zinuvari Meğriyan (; ) — Birinci Qarabağ müharibəsi iştirakçısı, Ermənistan terrorçusu, siyasətçisi, hərbi komandiri,, Qondarma DQR qəhrəmanı (2014). O, Şaumyan qartalı (, translit. Shahumiani Ardziv) ləqəbi ilə tanınırdı.
Bioqrafiya Şahin Zinuvari Meğriyan 2 yanvar 1952-ci ildə Goranboy rayonunun Gülüstan kəndində bir erməni ailəsində anadan olmuşdur. O, Gülüstan kəndində yerli bir məktəbi bitirdikdən sonra 1969-cu ildə İrəvan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinə daxil olmuşdur. 1975-ci ildə ali təhsilini başa çatdırdıqdan sonra Meğriyan Goranboy rayonunun manufaktura və istehsal üzrə baş iqtisadiyyatçısı olmuşdur.
Birinci Qarabağ müharibəsi 1988-ci ildə birinci Şaumyan müdafiə briqadasını qurmuşdur. O, 1990-cu ildə Daşnaksütun partiyasına qoşulmuşdur. Həmin il Meğriyan və dəstəsi Manaşid kəndi (indiki Mənşəli) yaxınlıqlarında baş verən döyüşlərdə azərbaycanlıları məğlub etmişdir. 1991-ci ildə o Şaumyan müdafiə qüvvələrinin komandiri təyin edilmişdir. Partizan müharibə aparan Meğriyan Ayaz Mütəllibov rəhbərliyindəki hökuməti tərəfindən "quldur dəstələrinin başçısı" adlandırmışdır. 28 dekabr 1991-ci ildə DQR Milli Məclisinin deputatı seçilmişdir. Şahin Zinuvari Meğriyan 17 aprel 1993-cü ildə helikopterlə İrəvana gedərkən qəzaya uğramış və həlak olmuşdur. 24 oktyabr 2014-cü ildə DQR milli qəhrəmanı adına layiq görülmüşdür.
İstinadlar
Xarici keçidlər Şahin Meğriyanın bioqrafiyası
Kateqoriya:Ermənistan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Azərbaycandakı helikopter qəzalarında ölənlər Kateqoriya:Şaumyan Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri