Monteriya () — ölkənin şimalında yerləşən şəhər və bələdiyyədir. Kordova departamentinin inzibati mərkəzidir.

Tarixi Monteriya 1777-ci ildə ispanyalı zabit Antoniyo DE La Torre Mirando tərəfindən əsası qoyulmuşdur. 1807-ci ildə kiçik bir şəhər, 1840-cı ildə rayonun mərkəzi, 1923-cü ildə isə bələdiyyə statusu verilir. 1952-ci ildə Kordova departamentinin inzibati mərkəzi elan edildi.

Coğrafi mövqeyi 500px|thumb|left Şəhərin şimal hissədə, Sinu çayının hər iki sahilində, ölkənin paytaxtı Boqota şəhərdən təxminən 480 kilometr şimal-qərbdə bir məsafədə yerləşir. Mütləq hündürlük dəniz səviyyəsindən 24 metr yüksəkdir. Bələdiyyənin sahəsi 3141 km²-dir.

Əhalisi Kolumbiya Milli Statistik İdarəsinin məlumatlarına görə 2012-ci ildə şəhər və bələdiyyə əhalisinin sayı 422,175 nəfərə çatmışdır. İllərə görə şəhər əhalisinin sitatistikası: 2005 2006 2007 2008 2009 2010 2011 2012 378 970 384 937 390 996 397 113 403 280 409 476 415 796 422 175 2005-ci il əhalinin siyahıya alınmasına əsasən, şəhər əhalisinin 48,6%-i kişilər, qadınlar isə müvafiq olaraq 51,4% idi. İrqi ağ və metislər şəhərin əhalisinin 95,8%-ni, zəncilər 3,8%; hindilər 0,4%-ni təşkil etmişdir. 15 yaşdan yuxarı əhali arasında oxuculuq nisbəti 89,4% təşkil etmişdir.

Xarici keçidlər

Página oficial alcaldía de Montería

İstinadlar

Kateqoriya:Kolumbiya şəhərləri