Borobudur (, ) — İndoneziyada, Mərkəzi Yavada yerəşən, 9-cu əsrə aid Mahayana Buddist məbədi. Borubodur dünyanın ən geniş buddist məbədi hesab olunur. Məbəd, 6-sı kvadrat və 3-ü dairə şəkilli olmaqla 9 pillədən ibarətdir və baş hissəsi mərkəzi günbəz ilə sonlanır. Burada ümumilikdə 2,672 relyef panelləri və 504 Budda heykəlləri vardır. Mərkəzi günbəz 72 Budda heykəli ilə əhatə olunmuşdur hansı ki, perforasiya olunmuş (deşikli) stupalarda yerləşdirilib.Soekmono (1976), page 35–36.
9-cu əsrdə, Sailendra sülaləsi dövründə tikilmiş Borobudur məbədi, İndoneziyanın yerli ibadət ənənələrini və Buddizm konsepti olan Nirvanaya çatmağı təmsil edir. Məbəddə Gupta incəsənətinin nümunələri, Hindistanın həmin regiona olan təsirini göstərsə də, orada olan yerli İndoneziya mədəniyyət və memarlıq elementlərinin yetəri qədər istifadəsi, məbədin xüsusi İndoneziya mədəniyyət və memarlığını təmsil etdiyini göstərir. Borobudur məbədi, Buddaya həsr olunmuş türbə və Buddistərin ziyarətgahıdır. Burada ziyarət, məbədin təməl pilləsindən başlayır və abidənin ətrafından dolanaraq yuxarı doğru üç mərhələli Buddist kosmologiyasını izləyir։ Kāmadhātu (arzular dünyası), Rupadhatu (formalar dünyası), Arupadhatu (qeyri-formal dünya). Məbəd, ziyarətçilərə geniş pilləkan və 1460 ədəd relyef panellərlə bəzədilmiş dəhliz sistemi ilə rəhbərlik edir. Borobudur, dünyanın ən geniş və tam ansambl şəklində olan Budda relyeflərinə sahibdir.
Sübutlar göstərir ki, Borobudur 9-cu əsrdə tikilmiş, lakin sonradan Yavada Hindu krallıqlarının düşməsi və Yavalıların İslam dinini qəbul etməsindən sonra tərk edilmişdir.Soekmono (1976), page 4. Dünya miqyasında Borobudur məbədinin mövcudluğu ilk dəfə Stemford Rafflz tərəfindən, sonradan isə yerli indoneziya əhalisinin Britaniya müstəmləkəçilərinə məbədin yerləşdiyi yer haqqında verdiyi məlumatla qeydə alınmışdır.Hary Gunarto, Preserving Borobudur's Narrative Walls of UNESCO Heritage, Ritsumeikan RCAPS Occasional Paper, oktyabr 2007 Bu dövrdən sonra məbəd bir neçə bərpa işləri ilə qorunmuşdur. Ən böyük bərpa layihəsi isə 1975 və 1982-ci illər arasında, İndoneziya hökuməti və UNESCO tərəfindən aparılmışdır və məbədin UNESCO Dünya Mədəniyyət Mirasları siyahısına salınması ilə nəticələnmişdir.
Borubodur dünyanın ən geniş Buddist məbədi hesab olunur və Cənub-Şərqi Asiyada yerləşən Baqan (Myanmar), Anqkor Vat (Kamboca) kimi böyük tarixi əhəmiyyətli abidələrlə bir sırada yer alır. Borobudur buddist zəvvarlarının populyar ziyarətgahı sayılır və burada İndoneziyalı buddistlər Vesak gününü qeyd edirlər.
Etimologiyası thumb|480px|left|Candi Borobudurun Şimal-Qərb tərəfindən görünüşü. Məbəd Karangtengah və Tri Tepusan kitabələrində qeyd olunmuşdur. İndoneziya dilində qədim məbədlər candi adlanır; dolayısı ilə yerli əhali Borobudur məbədi əvəzinə Candi Borobudur ifadəsinə üstünlük verirlər. Candi ifadəsi qədim strukturları, məsələn, darvazaları və hamamları təsvir edir. Lakin Borobudur adının mənşəyi hələ də aydın deyil, həmçinin ən qədim İndoneziya məbədlərinin orijinal adları da bilinmir.Soekmono (1976), page 13. Borobudur adı ilk dəfə Rafflzın "Yava Tarixi" kitabında yazılmışdır. Raffles Borobudur adlanan bir abidə haqqında yazıb, lakin bu adı təsdiq edən köhnə sənədlər yoxdur. Yeganə olaraq bu məbəd, 1365-ci ildə, Majapahit İmperiyası dövründə, Buddist alim Mpu Prapanca tərəfindən yazılan qədim Yava əlyazması Nagarakretagamada, Budur şəklində, müqəddəs Buddist ziyarətgahı olaraq ifadə olunub.
Əsasən məbədlərə yaxınlıqdakı kənd adı verilir. Əgər Yava dili konvensiyaları tətbiq edilsəydi, o zaman məbədə yaxınlıqdakı Boro kəndinin adı qoyulardı və abidə "BudurBoro" adlandırılardı. Rafflz düşünürdü ki, Budur sözü, müasir Yava sözü olan Buddaya ("qədim" — yəni "qədim Boro") uyğun ola bilər. O həmçinin, adın mənşəyinin Boro olduğu, mənasının isə "əzəmətli" və ya "şərəfli", Budur sözünün isə Budda ilə uyğun olduğu təklifini irəli sürmüşdür. Lakin digər bir arxeoloq isə Budur sözünün Yava dilində mənası "dağ" olan bhudhara ifadəsindən gəldiyini irəli sürür.J. G. de Casparis, "The Dual Nature of Barabudur", in Gómez and Woodward (1981), page 70 and 83.
thumb|380px|right|Borobudurda dairəvi platformalar üzərində yerləşən stupalar
Hollandiyalı arxeoloq Bernet Kempers tərəfindən irəli sürülmüş digər mümkün etimologiya isə Borobudurun Sanskritcədə Vihara Buddha Uhr kimi yazılmış Biara Beduhur ifadəsinin pozulmuş sadə yerli Yava tələffüzü olduğunu önə çəkir. Ehtimal var ki, Buddha-Uhr termini "Buddalar şəhəri" mənasını verir, başqa bir ehtimal da, Beduhur ifadəsinin qədim Yava köklü, indiki dövrdə də Bali lüğətində yer alan və "Yüksək yer" (təpə) mənasını daşıyan "dhuhur" və ya "luhur" (yüksək) sözlərindən gəldiyini irəli sürür. Bu da onu göstərir ki, Borobudur yüksək yerdə və ya təpədə yerləşən Buddanın monastrı (Vihara) deməkdir.
Temanqunqda tapılan iki kitabədə qeyd olunan, müqəddəs Buddist məbədinin tikintisi və açılış mərasimi, Borobudura istinad olunduğu güman olunur. 824-cü ilə aid Karanqtenqah kiabəsində, Pramodhavardaninin qızı Samaratunqanın, Jinalay adlı (dünyəvi arzuları fəth edən və aydınlananlar səltənəti) müqəddəs tikilinin açılış mərasimini reallaşdırması qeyd olunmuşdur. 842-ci ilə aid olan Tri Tepusan kitabəsində, Çrī Kahulunnan (Pramodhawardhani) tərəfindən hədiyyə edilən, Kamūlānın baxım və maliyyə işlərini təmin etmək üçün nəzərdə tutulan (vergidən azad) torpaqlar Bhūmisambhāra adlandırılıb. Kamūlān sözü mula sözündən əmələ gəlmişdir və mənası "Mənşə yeri" olub, güman edilir ki, Sailendra sülaləsinin əcdadları şərəfinə ucaldılmışdır. Kasparisin təklifinə görə isə, Borobudur sözünün etimologiyası Sanskritcə mənası "Boddhisattvanin kəramətlərinin birləşdiyi on mərhələli dağ" olan Bhūmi Sambhāra Bhudhāra ifadəsinə dayanır.
Ərazisi
Üç məbəd thumb|right|300px|Dağlarla əhatələnmiş Borobudur və əkiz vulkanlar; Merbabu və Merapi. Borobudur Yogyakartanın təxminən 40 km şimal-qərbində və Surakartanın 86 km qərbində, iki əkiz vulkan, Sundoro-Sumbing və Merbabu-Merapi və iki çay, Progo və Elo arasında yüksək bir sahədə yerləşir. Yerli mifinə görə, Kedu düzənliyi kimi tanınan ərazi kənd təsərrüfatının məhsuldarlığı səbəbindən Yavalılar üçün "müqəddəs" bir yer hesab olunur və "Yava bağı" adlandırılır.Soekmono (1976), page 1. 20-ci əsrin əvvəllərində bərpa zamanı, bölgədə Borobudur, Pavon və Mendut olmaqla üç buddist məbədi düz bir xətt boyunca yerləşdirildiyi aşkar edilmişdir. Dəqiq ritual prosesi məlum olmasa da, bölgədə üç məbəd arasında ritual əlaqə olduğu bilinir.
Qədim göl hipotezi Ətrafdakı gölün mövcudluğu haqqında fərziyyə, 20-ci əsrdə arxeoloqlar arasında sıx müzakirə mövzusu idi. Yerin düz səthində tikilən məbədlərdən fərqli olaraq, Borobudur, dəniz səviyyəsindən 265 metr yüksəklikdə və qurudulmuş qədim gölün səthindən 15 metr yüksəklikdə yerləşən qayalıqdan ibarət bir təpədə tikilmişdir. İddia edilirdi ki, Borobudur göl kənarında və ya ətrafı göl ilə əhatələnmiş təpədə tikilmişdir.
Nyuvinkampın təklifi thumb|left|300px|Borobudur, Pawon və Mendut məbədlərinin düz xətt üzrə yerləşgəsi. Ehtimallara görə, qədim göl Borobudurdan Cənub və ya Cənub-Şərqdə, həmçinin Progo və Elo çaylarının kəsişməsində yerləşən Mendut məbədindən isə Cənubda yerləşib.
1931-ci ildə Hollandiyalı sənətçi, Hindu və Buddist memarlığının alimi W. O. J. Nyuvinkamp, Kedu düzənliyinin bir zamanlar göl olduğu və Borobudur məbədinin isə göldə üzən bir lotus çiçəyini təmsil etdiyi hipotezini irəli sürdü. Demək olar ki, Buddizm sənət əsərininin çoxunda yer alan Lotus çiçəyi, Budda heykəlləri üçün taxt və stupaların təməl element kimi istifadə olunur. Ümumiyətlə Borobudurun memarlıq stili Lotus çiçəyini təsvir edir və məbəddə yerləşən Budda təsvir və heykəlləri, əksərən Mahayana Buddizm (Şərqi Asiyada geniş yayılmış bir Buddizm məktəbi) mətnlərində yer alan Lotus Sutranın (Hinduizm, Buddizm və Caynizmdə yer alan aforizmlərdən ibarət qədim əlyazmalar) rəmzi hesab olunur. Məbədin yuxarı hissəsində olan üç dairəvi platforma isə Lotus çiçəyinin ləçəkləri hesab olunur.
Nyuvinkampın təklifinə görə, Borobudur ətrafında göllərin də daxil olduğu landşaft və məbədlər, hansı ki, göllər ətrafında çiçəklər və həndəsi formalara uyğun planlı kompleks şəklində düzülmüş, həmçinin kərpic döşəməli yollarla bu məbədlər bir-biri ilə əlaqələnmişdir. Lakin daha sonra bu göllər və yollar, ərazinin Şərqində, yaxınlıqda yerləşən Merapi vulkanının çoxsaylı püskürməsindən sonra, vulkanik küllərlə dolmuşdur.
Ancaq Nyuvinkampın nəzəriyyəsi, bir çox arxeoloqlar tərəfindən etirazla qarşılandı. Buna misal olaraq, yazıçı Jak Dumarçay və İndoneziyalı arxeoloq Soekmono, Borobudur ətrafında təbii mühitin quru torpaq olduğu qənaətində idilər. Bu mövzu mübahisəli qalsa da, son geoloji tapıntılar Nyuvinkampın irəli sürdüyü təklifi dəstəkləyir.Murwanto, H.; Gunnell, Y; Suharsono, S.; Sutikno, S. and Lavigne, F (2004). "Borobudur monument (Java, Indonesia) stood by a natural lake: chronostratigraphic evidence and historical implications". The Holocene 14 (3): 459–463Newhall C. G., Bronto S., Alloway B., Banks N. G., Bahar I., del Marmol M. A., Hadisantono R. D., Holcomb R. T., McGeehin J., Miksic J. N., Rubin M., Sayudi S. D., Sukhyar R., Andreastuti S., Tilling R. I., Torley R., Trimble D., and Wirakusumah A. D. (2000). "10,000 Years of explosive eruptions of Merapi Volcano, Central Java: archaeological and modern implications". Journal of Volcanology and Geothermal Research 100 (1): 9–50
Palinoloji araşdırma və gemorfoloji analiz thumb|right|480px|Borobudurun ətrafında alçaq düzlüklərdə bir zamanlar var olan gölün ərazisi
Jak Dumarçay, professor Tanikayimoni ilə birlikdə 1974-cü ildə torpaq nümunələrini və 1977-ci ildə təpədə qazılmış xəndəklərdən, eləcə də ovadan əldə etdikləri nümunələri dərhal cənuba götürdülər. Bu nümunələr daha sonra Borobudur məbədinin inşaatı dövründə ətrafda yetişən bitki növünü müəyyən etmək üçün polen və spor tərkibləri professor Tanikayimoni tərəfindən araşdırıldı. Lakin göl, gölməçə və ya bataqlıq kimi su mühitində böyüyən hər hansı bir bitki örtüyünün xarakterik xüsusiyyətlərinə malik hər hansı polen və ya spor nümunələrini aşkar edə bilmədilər. Belə nəticəyə gəlinmişdir ki, abidənin inşaatı dövründə ətraf ərazilər, indi də var olan kənd təsərrüfatı torpaqları və palma ağacları ilə əhatə olunmuşdur. 1985–86-cı illərdə, Sezar Vut və geomorfolog Dr. J. J. Nossin, Borobudur gölü hipotezini yenidən nəzərdən keçirərək Borobudur ətrafında gölün bir zamanlar var olub amma sonradan qeyb olduğunu və həmçinin müqəddəs ibadətgah kimi istifadə edildiyini təsdiqlədi.
Bu tapıntılar (A New Perspective on Some Old Questions Pertaining to Borobudur) 2005-ci ildə UNESCO-nun "Borobudurun bərpası" adlı nəşrində çap olunmuşdur.
Geoloji tapıntılar 2000-ci illərdə geoloqlar Nyuvinkampın fikrini dəstəkləyərək ərazi yaxınlığında olan gil çöküntülərinə diqqət yönəltdilər.R. W. van Bemmelen (1949). The geology of Indonesia, general geology of Indonesia and adjacent archipelago, vol 1A, The Hague, Government Printing Office, Martinus Nijhoff. cited in Murwanto (2004). 2000-ci ildə aparılan, Nyuvinkampın nəzəriyyəsini təsdiqləyən stratiqrafiya, çöküntü və polen nümunələri ilə bağlı bir araşdırma, Borobudur yaxınlığında bir paleolak mühitinin mövcudluğunu dəstəkləyir.
Göl sahəsi zamanla dalğalanır və araşdırma da Borobudurun 13 və 14-cü əsrlərdə göl sahili yaxınlığında olduğunu sübut edir. Çay axınları və vulkanik fəaliyyətlər göl də daxil olmaqla ətrafdakı landşaftı formalaşdırır. İndoneziyanın ən aktiv vulkanlarından biri olan Mount Merapi, Pleistosendən bəri çox aktiv olmuşdur.
Nəticə