İbrahim Məhərrəm oğlu Eminov () — Azərbaycanlı musiqi bəstəkarı və rok ifaçısı, "Yuxu" və "Sirr" qruplarının yaradıcısı.
Həyatı İbrahim Emin 18 may 1963-cü ildə Sumqayıt şəhərində anadan olub. 1970-ci ildə Sumqayıt şəhər 17 saylı məktəbə gedib. 1981–1983-cü illərdə hərbi xidmətdə olub. İbrahim musiqi fəaliyyətindən başqa rəsm əsərləri çəkməklə də məşğul idi. 2 iyul 2019-cu ildə qida borusunun xərçəngi xəstəliyindən vəfat edib.
Musiqi fəaliyyəti Yuxu
İbrahim Emin uşaq vaxtından gitara çala bilirdi. 80-ci illərin əvvəlindən musiqi ilə məşğul olmağa başlamışdı. O, 1988-ci ildə "Yuxu" qrupunu yaradıb. Qrupun ifa etdiyi mahnıların sözlərini və musiqisini bəstələməklə yanaşı qrupda bas gitara da ifa edib. 1989-cu ildə Yuxu qrupu "Xəzərin sahilində" mahnısı ilə Qızıl Payız musiqi festivalında qalib olur. Bir müddət sonra qrup olaraq fransız menecer Paskal Fransada fəaliyyət göstərmək üçün dəvət alırlar. Həmin vaxtlar Fransaya birbaşa getmək mümkün olmadığından onlar Türkiyə vasitəsilə getməyə qərar verirlər. Lakin müxtəlif səbəblərdən onlar Fransaya gedə bilmirlər və Türkiyədə qalıb fəaliyyət göstərməli olurlar. Türkiyədə fəaliyyət göstərməyə başladıqdan sonra qısa müddət ərzində qrup tanınmağa başlayır. Türkiyədə "Xəzərin sahilində" (1988), "Sumqayıt" (1994), "Ölümə çarə yox" (1998) adlı üç albomları işıq üzü görür. Türkiyədə baş vermiş zəlzələ musiqi dünyasına durğunluq gətirir. Nəticədə yaranmış vəziyyətdə "Yuxu" qrupu uzun müddət fəaliyyət göstərə bilmir və qrup üzvləri fərqli işlərlə məşğul olmağa başlayır.
Sirr
Sonradan İbrahim Emin 2003-cü ildə Bakıya geri dönür və 2004-cü ildə Sumqayıtda "Sirr" qrupunu yaradır. Qrupun 2014-cü ildə "Yoruldum" adlı albomu işıq üzü görüb.
Fikirləri
Həmçinin bax Yuxu qrupu Sirr qrupu
Xarici keçidlər İbrahim Emin - Xəyalpərəst canlı ifa İbrahim Eminlə müsahibə İbrahim Eminlə müsahibə Yuxu qrupu 1989-cu il
İstinadlar