Lətif Hüseynov(1.02.1964) — Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi.

Haqqında Lətif Hüseynov 17 aprel 1964-cü ildə Ağdam rayonu, Güllücə kəndində anadan olub. 1986-cı ilin iyun ayında Kiyev Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirmişdir. 14 oktyabr 1994-cü ildə Kiyevdə hüquq elmləri namizədi dərəcəsi, 29 sentyabr 2000-ci ildə isə hüquq elmləri doktoru dərəcəsi almaq üçün elmi işini müdafiə etmişdir.

2001-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri vəzifəsində çalışıb. O, 2003-cü ildən AŞ-nın Venesiya Komitəsinin üzvüdür. 2004–2015-ci illər arasında İşgəncələrin, qeyri-insani və alçaldıcı rəftarın qarşısının alınması üzrə Avropa komitəsinin üzvü, 2011-ci ildən 2015-ci ilədək isə bu qurumun sədri vəzifəsini icra edib. 2005-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsində ad hoc hakim təyin olunmuşdur. 2017-ci ildən Avropa İnsan Hüquqları Məhkəməsində tam səlahiyyətli hakim kimi vəzifəsinin icrasına başlamışdır.

O, ingilis, fransız, rus, alman və ukrayna dillərində sərbəst danışır.

Elmi və pedaqoji fəaliyyəti Lətif Hüseynov 1990–1996-cı illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində mühazirəçi professor kimi fəaliyyət göstərmişdir. 1992–1995-ci illərdə həmin fakültədə dekan müavini vəzifəsində çalışmışdır. 2002-ci ilin iyul ayından Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində beynəlxalq ümumi hüquq fənnini tədris etmişdir (yarımştat).

Seçilmiş əsərləri Beynəlxalq hüquq. Dərslik, Bakı: "Hüquq ədəbiyyatı" nəşriyyatı, 2000.- 408 s. İnsan hüquqlarının beynəlxalq müdafiəsi [Mətn]: ali məktəb tələbələri üçün dərs vəsaiti /L.H.Hüseynov; rəyçi Ə.İ.Əliyev, Ə.İ.Sadıqov; Azərb. Beynəlxalq Un-ti.- Bakı: ABU, 2008.- 151, s. The Concept of "Humanitarian Intervention" in the Light of Positive International Law//Beynəlxalq hüquq və İnteqrasiya Problemləri. Bakı, 2005, No. 1, səh. 3–10 (Rus dilində). Methods of Implementation of International Supervision in the Field of Human Rights Protection //Theory and Practice of Contemporary International Law (Essays in honour of Prof. Levan Alexidze on the 80th birthday anniversary), Tbilisi, 2007, səh. 160–199 (Rus dilində).

İstinadlar

Kateqoriya:Azərbaycan hakimləri Kateqoriya:Azərbaycan hüquqşünasları Kateqoriya:Azərbaycanlı hüquqşünaslar Kateqoriya:Taras Şevçenko adına Kiyev Milli Universitetinin məzunları Kateqoriya:Avropa İnsan Hüquqları Məhkəməsinin hakimləri Kateqoriya:Beynəlxalq məhkəmələrin azərbaycanlı hakimləri Kateqoriya:Ağdamda doğulanlar