“Ox” teleserialının dördüncü mövsümünün premyerası The CW telekanalında 7 oktyabr 2015-ci ildə baş tutmuş, 23 seriyalı mövsümün son seriyası 25 may 2016-cı ildə efirə verilmişdir. Dördüncü mövsümdə serialın şouranneri Qreq Berlanti, Mark Quqqenheym və Endryu Kreysberq olmuşdur. Dördüncü mövsümdə əsas diqqət Ox komandasının Demien Dark və onun terror təşkilatı ilə mübarizəsi üzərində cəmlənmişdir.

Dördüncü mövsüm hər hədtənin çərşənbə günü saat 20:00-da The CW telekanalında yayımlanmış, hər seriya orta hesabla 3.52 milyon izləyici toplamış və tənqidçilərdən qarışıq rəylər almışdır.

Məzmunu

Oxun üçüncü dəfə şəhəri xilas edib həlak olmuş elan edilməsindən bir neçə ay keçir. Oliver və Felisiti bir yerdə yaşayırlar. Starlinq-sitinin adı həlak olmuş Rey Palmerin şərəfinə dəyişdirilərək Star-siti adlandırılır. Şəhərdə qalan Qara bülbül (Lorel lens), Spidi (Teya Kuin) və Spartalı (Con Diql) yerli cinayətkarlarla mübarizə aparmağa davam edirlər. Düşmənlə tək bacara bilməyəcəklərini başa düşən Lorel və Teya Oliveri köməyə çağırmağa qərar verirlər. Ox komandası “ruhlar”ın liderinin hansısa naməlum gücdən istifadə etdiyini görür. Felisiti onun metainsan olduğunu düşünsə də, Oliver bu dəfə magiya ilə qarşılaşdıqlarını deyir. Tezliklə komanda cinayətkar dəstəyə Demien Dark adlı şəxsin rəhbərlik etdiyini öyrənir.

Rollarda

Əsas heyət Stiven Amell - Oliver Kuin / Kapüşon Keti Kasidi - Lorel Lens Devid Ramsi - Con Diql Villa Holland - Teya Kuin Pol Blektron - Kventin Lens Emili Bett Rikards - Felisiti Smok Kolton Heyns - Roy Harper Con Barroumen - Malkolm Merlin

İkinci heyət

Nil MakDonoq - Demien Dark Elisia Rotaru - Tayna Venediktov Cimmi Akinqbola - Baron Reyter Exo Kellum - Mister Terrifik/Körtis Holt Parker Yanq - Aleks Devis Şarlotta Ross - Donna Smok Rayan Robbins - Konklin Yujen Bird - Endi Diql Canet Kidder - Ruve Dark/ Ruve Adams Odri Mari Anderson - Lyla Maykls Keyti Lots - Sara Lens Tyuzdey Hoffman - Nora Dark Brendon Rut - Rey Palmer / Atom Çenye Hundal - Pol Holt Aleksandr Kalvert - Lonni Meyçen / Anarxiya Tom Amandes - Noy Kattler / Kalkulyator Katrina Lou - Nisə əl-Qul Din Monro MakKenzi - Dennis Sintiya Adday-Robinson - Amanda Uoller

Qonaq ulduzlar

Seriyalar SerialdaNo. MövsümdəNo. Başlıq Rejissor Ssenari müəllifi Orijinal efir vaxtı İstehsal kodu ABŞ izləyiciləri(milyon)

Yayımlanması və qəbulu Reytinqlər

İstinadlar

Kateqoriya:Ox (teleserial) Kateqoriya:2015-ci il ABŞ televiziya mövsümü Kateqoriya:2016-cı il ABŞ televiziya mövsümü