Ermənistanın Dövlət Müstəqilliyi günü () — Ermənistan Respublikasında əsas dövlət bayramı. Hər il 21 sentyabrda qeyd edilir.
Tarix 23 avqust 1990-cı ildə Ermənistan SSR-nin Ali Soveti Ermənistanın İstiqlal Bəyannaməsini qəbul etmiş, Ermənistan SSR-nin ləğvini və Ermənistan Respublikasının müstəqilliyini elan etmişdir. 21 sentyabr 1991-ci ildə Ermənistan xalqı müstəqillik referendumunda SSRİ-dən ayrılmaq üçün səs vermişdir. 1991-ci ilin noyabr ayında Levon Ter-Petrosyan Ermənistanın birinci prezidenti seçilmişdir. 21 dekabr 1991-ci ildə Ermənistan Müstəqil Dövlətlər Birliyinə (MDB) qoşulmuşdur. 26 dekabr 1991-ci ildə SSRİ rəsmi olaraq süquta uğramışdı.
Bu Ermənistan Respublikasının ikinci dəfə müstəqillik elan etməsi idi. Birincisi 28 may 1918-ci ildə baş vermiş və Birinci Ermənistan Respublikasının təsis edilməsilə nəticələnmişdir. Bu respublika 1920-ci ildə bolşeviklər tərəfindən işğal olunmuşdu.
Keçirilən tədbirlər thumb|Müstəqillik günü ilə bağlı dekorasiyalar (İrəvan, 2016).
Hərbi parad thumb|Müstəqillik günü ilə bağlı keçirilən hərbi paraddan (İrəvan, 2016). Ermənistanın müstəqilliyini qeyd etmək üçün Respublika meydanında 1992, 1996, 1999, 2006, 2011 və 2016-cı illərdə hərbi parad keçirilmişdir. 1996-cı ildə keçirilən hərbi parad Ermənistanın müstəqilliyinin 5-ci ildönümünü qeyd edirdi. 2006-cı ildə keçirilən hərbi parad Ermənistanın müstəqilliyinin 15-ci ildönümünü qeyd edirdi. Hərbi parad Müdafiə Naziri Serj Sarkisyan və Mikael Arutyunyanın əsgərlərin bayramlarını təbrik etmələri ilə başlamışdır. 2011-ci ildə keçirilən hərbi parad Ermənistanın müstəqilliyinin 20-ci ildönümünü qeyd edirdi. Hərbi parada Seyran Ohanyan və Yuri Xatçaturov nəzarət edirdi. 2016-cı ildə keçirilən hərbi parad Ermənistanın müstəqilliyinin 25-ci ildönümünü qeyd edirdi. Bu hərbi parad Ermənistan tarixində keçirilən ən böyük hərbi parad idi. Parada Andranik Maqariyan nəzarət edirdi. Hərbi parada ABŞ, Almaniya, İtaliya, Polşa və Yunanıstandan olan beynəlxalq sülhməramlı briqadanın qüvvələri də iştirak etmişdi.
Xarici iştirakçılar İl İştirakçı Ölkə/Təşkilat 20112016 102-ci Rusiya Hərbi Bazası Rusiya 2016 Beynəlxalq sülhməramlı briqada Polşa ABŞ Almaniya İtaliya Yunanıstan
Diaspor Ermənistanın müstəqillik günü Rusiya, Livan və ABŞ-da yaşayan ermənilər tərəfindən də qeyd olunur.
Qalereya
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1991-ci ildə yarananlar Kateqoriya:Ermənistan tarixi Kateqoriya:21 sentyabrdakı bayramlar