Məhəmmədqasım xan (?-1721) — Toxmaqlı oymağının məşhur simalarından biri. Qaradağ hakimi.

Məhəmmədqasım xan Qaradağda əski çağlardan qalan qalalarda yenidənqurma işləri apararaq güclü istehkamlar yaratmışdı. Hakimiyyətini möhkəmlətdikdən sonra şahın əmrlərinə etinasızlıq göstərirdi. 1717-ci ildə Rusiya elçilə Şamaxıya, oradan Gilana, Ərdəbil yolu ilə Əhərə gəlib çatırlar. Əhərin ətrafında rus elçisi A.P.Volınski nümayəndə göndərib Məhəmmədqasım xandan yer-yatacaq istədi. Məhəmmədqasım xan elçiləri şəhərə buraxmır. Bayandur sultanın oğlu, Əbdürrəzzaq xan, Kazım xan (Məhəmmədkazım xan), Məhəmmədhüseyn bəyin atası.

Mənbə

Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998.– 192 səh. Ənvər Çingizoğlu,Qaradağlılar. Bakı, "Şuşa" nəşriyatı, 2008. – 160 səh. Ənvər Çingizoğlu, Qaradağ xanlığı, Bakı, "Mütərcim", 2011. – 212 səh.

Kateqoriya:Qaradağ xanları Kateqoriya:Qaradağda doğulanlar Kateqoriya:XVIII əsr tarixi