Mehmet Suphi Kula (; ) — Türk əsgəri.
Hərbi fəaliyyəti 1901-ci ildə hərbi məktəbi bitirmişdir. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 1920-ci ildə Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədən sonra "İstiqlaliyyət medalı" ilə mükafatlandırıldı. 1927-ci ildə general-mayor rütbəsinə yüksəldi və Paşa oldu. 1931-ci ildə təqaüdə çıxdı. 19 oktyabr 1948-ci ildə vəfat etdi. 1988-ci ildə nəşi Türkiyə Dövlət məzarlığına köçürüldü.
Medal və təltifləri "Osmaniyyə" ordeni Məcidiyyə ordeni "Müharibə" medalı (Osmanlı imperiyası) "Ləyaqət" medalı (Osmanlı imperiyası) "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası)
Həmçinin bax Balkan müharibələri Birinci Dünya müharibəsi Türkiyə İstiqlaliyyət müharibəsi
Mənbə T. C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 138.
Kateqoriya:1881-ci ildə doğulanlar Kateqoriya:1948-ci ildə vəfat edənlər Kateqoriya:Türkiyənin hərb tarixi Kateqoriya:Makedoniya türkləri