Belfor ərazisi — Frnsanın şərqində, Burqundiya - Franş-Konte regionunda yerləşən departament. 1922-ci ildə Belfor ərazisi əsası qoyulmuşdur. Sıra sayı 91, inzibati mərkəzi isə Belfor şəhəridir. 2010-cu ilin məlumatlarına əsasən departament ərazisində olan əhalinin sayı 146.475 nəfərə çatmışdır. Coğrafiyası Departamentin ərazisi 609 km²dir. Əraziyə 1 rayon, 15 kanton və 102 kommun daxildir. Tarixi Belfor ərazisi kimi tanınan Fransa departamenti 1871-ci ildə Frankfurt müqaviləsi şərtləri ilə yaradılmışdır. 1870-1871-ci illərdə Fransa–Prussiya müharibəsi sonunda Almaniya ilə Fransa arasında Frankfurt sülh müqaviləsi bağlanmışdı. Müqavilə şərtlərinə görə yeni qurulmuş Almaniya Elzas və ərazinin dörd hissəsini: Lotaringiya, Yuxarı Reynin cənub-qərb və sərhədlərin böyük bir hissəsini zəbt etdi, yalnız Belfor şəhəri Fransanın tərkibində qaldı.

1922-ci ildə Elzası Fransanın sərhədlərinə qaytarılması gözlənilirdi. Lakin, Belfor ərazisi rəsmi olaraq 90-cı illərdə Fransanın departamenti elan edildi. Fransada 1982-ci ildə qəbul edilmiş mərkəzsizləşmə haqqında qanunvericiliyə görə, inzibati-ərazi quruluşları yaradılmışdır. Fransanın bölgələri və Belfor ərazisi. Həmin vaxt Elzas bölgəsi deyil, Franş-Konte bölgəsinə Fransanın tərkibinə daxil edilmişdir.

Qalereya

Həmçinin bax Yuxarı Provans Alpları (departament) Korrez Şaranta (departament) Ardenlər (departament)

İstinadlar

Xarici keçidlər Historia, demografía y otros datos de interés del Territorio de Belfort Préfecture website Conseil général website Tourist Office website

Kateqoriya:Fransa departamentləri Kateqoriya:1922-ci ildə yaranmış dövlətlər və ərazilər