Tısbağalar uça bilir-(Kurmanc dilində Kûsî Jî Dikarin Bifirin; farsca Lākpošthā Ham Parvāz Mikonand) Kürd müharibəsi dram filmi olub, Bahman Qobadi tərəfindən ssenarisi yazılmış və rejissorluğu edilmişdi. Filmdə Hüseyn Əlizadənin məşhur musiqisi səsləndirilmişdir. Film, Səddam Hüseyn rejiminin süqutundan sonra çəkilmiş ilk İraq filmi oldu.
Məzmun Film, ABŞ-nin İraqın işğalı ərəfəsində İraq-Türkiyə sərhəddindəki kürd qaçqın düşərgəsində qurulub. Filmin əsas qəhrəmanları uşaqlardı. Ata-analarını, yaxınlarını itirən kimsəsiz uşaqlar. On üç yaşlı Satellite (Soran Ebrahim) zəif ingilis dili biliyi və antenaların quraşdırılması ( yerli kənd camaatının Səddam Hüseyn xəbərlərini izləməsi üçün) ilə tanınır. O dinamikdir, uşaqları başına toplayarq onlara təsir eməyə çalışır və onları təhlükəli işlərə yönəldir. Bu uşaqların çoxusu davamlı olaraq xəsarət alır. Lakin özlərini təsdiqləmək üçün tapşırıqları yerinə yetirirlər. Satellite ətrafda partlamamış minaları yığmağa və satmağa başlayır. Sonralar qaçqın düşərgəsinə yerləşən Agrinə aşiq olur. Ona komək etməyə çalışır. Agrin 14 yaşında bir anadır. O, sərt üzlü, dərin düşüncələrdədir və keçmişin iblislərindən xilas ola bilməmişdir. Aqri valideynlərini öldürən, qardaşı Hengovun qollarını güllələyən və əlil edən əsgərlər tərəfindən təcavüzə uğramış və hamilə qalaraq Riqa adlı uşağı dünyaya gətirmişdir. O bu uşağı bir ləkə kimi görür və bu ona davamlı olaraq qəddar keçmişini xatırladır. Agrin bir çox şəraitdə uşağı tərk etməyə çalışır. Sonunda onu bir qaya parçasına bağlayaraq onu gölə atır. Daha sonra bir uçurumdan özünü ataraq intihar edir. Hengov sevdiklərinin batdığını görür və onları xilas etmək istəyir. Lakin gec olur. Daha sonra Riganın cansız bədənini gölün dibindən tapsa belə əlilliyi səbəbindən onu qayadan ayıra bilmir. O, bacısının atladığı yerdə qəhərlənir. Bu vaxt Satellite uzaqdan Amerikan əsgərlərini seyr edir. Rollarda Satellite rolunda Soran Ebrahim Agrin rolunda Ayaz Latif Hengov rolunda Hiresh Feysal Rahman Riga rolunda Abdol Rahman Karim Shirkooh rolunda Ajil Zibari Rəylər Tısbağalar uça bilir filmi ümumilikdə müsbət rəylər aldı. Bəzi kritiklər inanırlar ki, bu film kürdlərin əsl duyğularını əks etdirir, və bir çoxları Səddam Hüseyn diktaturası altında əziyyət çəkmiş və ABŞ'ın hərbi işğalını qətiyyətlə dəstəkləmişdir. Mükafatlar Film, 52-ci San Sebastian Film Festivalında Ən Yaxşı Film olaraq seçilib. 2004 cü ildə Beynəlxalq Çikaqo kinofestivalında Ən Yaxşı Ssenari nominasiyasında da Münsif Xüsusi Mükafatına layiq görülüb. Berlin Beynəlxalq Film Festivalında isə Sülh Mükafatı qazanıb. İstinadlar "TURTLES CAN FLY (15)" British Board of Film Classification. 29 November 2004. Retrieved 23 June 2013.
Xarici keçidlər kayzen.az Turtles Can Fly on IMDb
Kateqoriya:2004-cü ilin filmləri Kateqoriya:İran filmləri Kateqoriya:2000-ci illərin filmləri Kateqoriya:Türkiyə haqqında filmlər Kateqoriya:2004-cü ilin Fransa filmləri Kateqoriya:Müstəqil Fransa filmləri Kateqoriya:2004-cü ilin dram filmləri Kateqoriya:Fransanın dram filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Dramlar Kateqoriya:2003-cü il haqqında filmlər Kateqoriya:İntihar haqqında filmlər