Beynəlxalq miqrasiya — insanlar dövlət sərhədlərindən keçərək və qonaq ölkədə qısa müddət ərzində ev sahibi kimi qaldığı təqdirdə baş verir. Miqrasiya bir çox səbəb üzündən baş verir.Where Immigrant Students Succeed - A comparative review of performance and engagement in PISA 2003. Paris: OECD Publications, 2006 (17-19). Bir çox insanlar öz ölkələrini bir digər ölkədə daha geniş iqtisadi imkanlar axtarmaq məqsədilə tərk edirlər. Digərləri ailə üzvləri ilə birgə öz ölkələrindəki siyasi duruma və ya bir başqa səbəbdən miqrasiya edirlər. Təhsil beynəlxalq miqrasiyada bir ayrı səbəblərdən biridir ki, bu halda tələbə xaricdə təhsilini davam etdirir.OECD International Migration Outlook, 2007, Paris: OECD Publications, 2007, SourceOECD 18 July 2007 http://www.oecd.org/…/0,3347,en_2649_33931_1_1_1_1_1,00.html. Beynəlxalq miqrasiyanı bir neçə müxtəlif potensial sistemlər üzrə kateqoriyalaşdırmaq mümkündür ki, bu sistemlərdən biri onları 9 fərqli qruplara bölür; müvəqqəti əmək miqrantları, qeyri-qanuni, qanuni və ya sənədləşdirilməmiş miqrantlar, yüksək ixtisaslı və biznes mühacirləri, qaçqınlar, sığınacaq axtaranlar, məcburi köç, ailə üzvləri, geri qayıdan mühacirlər və uzun müddətli aşağı ixtisaslı miqrantlar.Where Immigrant Students Succeed (17-19). Bu miqrantlarda həmçinin iki böyük qrupa bölünmüş, daimi və müəqqəti. Daimi miqrantlar yeni köç etdikləri ölkədə daimi yaşayış hüququ qazanmaq istəyir və mümkün olduğu təqdirdə ölkənin vətəndaşlığını qazanmaq niyyətində olurlar. Müvəqqəti miqrantlar isə yalnız müvəqqəti müddətdə qalmaq niyyətindədirlər ki, bu böyük ehtimal müqavilə bağladıqları işin, xüsusi təhsil proqramının və ya müəyyən bir iş mövsümünün sonuna qədər davam edə bilər.OECD International Migration Outlook, 2007. Hər iki növ miqrantların, olduqları ölkə və aid olduqları ölkə toplumlarının iqtisadiyyatına xüsusi təsirləri mövcuddur.“Trends in International Migration and Migration Policies: About,” OECD Directorate for Labour, Employment and Social Affairs, OECD.org, 18 July 2007 http://www.oecd.org/…/0,3347,en_2649_33931_1_1_1_1_1,00.html .
Bənzər bir şəkildə, bu miqrantları ölkəsinə qəbul edən ölkələr çox vaxt bu miqrantları dörd fərqli qrupa bölürlər: ənənəvi qəsəbə ölkələri, İkinci dünya müharibəsindən sonra əmək miqrasiyasına həvəsli olan bəzi Avropa ölkələri, miqrant nüfuzunun önəmli bir hissəsini keçmiş koloniyalardan əldə edən Avropa ölkələri və keçmişdə miqrant nöqtələri olan lakin son zamanlarda immiqrant yerləri olaraq ortaya çıxan ölkələr.
Miqrasiya üçün təşviqlər Təkan verən faktorlar Zəif tibbi qayğı İş qıtlığı Az imkanlar Primitiv şərtlər Siyasi qorxu İşgəncə və sərt rəftar qorxusu Dini ayrı-seçkilik Zənginliyin itirilməsi Təbii fəlakətlər Zorakılıq Ədalətli məhkəmə tapılmasında zəif şanslar
Cəlb edən faktorlar İş tapma şansı Əyləncə Təhsil Daha yaxşı tibbi qayğı Təhlükəsizlik Ailə əlaqələri Aşağı səviyyəli cinayət Ədalətli məhkəmə tapılmasında yüksək şanslar
Daxili keçidlər Stalker's Guide to International Migration Comprehensive interactive guide, with map and statistics OECD Trends in International Migration and in Migration Policies International Network on Migration and Development
İstinadlar
Kateqoriya:Miqrasiya Kateqoriya:Etologiya