Oğuzhan Koç () — türkiyəli aktyor və müğənni.

Həyatı və karyerası 13 may 1985-də Ərzincanın Refahiye kəndində dünyaya gəldi. Bursa Dövlət Konservatoriyasında Musiqi Şöbəsində oxudu. 2013-cü ildə "Ben Hala rüyada"adlı albom buraxmışdır.

Balaca yaşlarından etibarən səhnə sənətlərinə maraq göstərən Oğuzhan Koç 2007-ci ildə BKM Atelye aktyorlarının arasına qatılıb. 2009-cu ildə rejissoru Yılmaz Ərdoğan olan Xoşbəxt həyat filmində oynayıb. "Gül ki Sevgilim" adlı mahnını Ferhat Göçərə vermiş, Gülbən Ərgəni "Uzun yol şarkıları" albomunda söz və musiqisi özünə aid olan "Giden günlerim oldu" mahnısı ilə albomda və klipdə müşayiət etmişdir. 2009-cu il dekabrın 31-i Kanal D-də yayımlanan Çok güzel hareketler bunlar adlı tyatral komediyada oxuduğu "Donuz qripi ol inşallah" adlı mahnıyla çox insan tərəfindən bəyənilmişdir. 2010-cu ildə də BKM Mutfak aktyorlarının yazıb çəkdiyi Çox filim hərəkətlər bunlar adlı filmdə oynamış və 17. Kral Tv Video və Musiqi Mükafatlarında filmin musiqiləri ilə "ən yaxşı film musiqisi' mükafatına layiq görülmüşdür.

Oğuzhan Koçun Ben hala rüyada adlı albomu 2 dekabr 2013-də Esen Müzik etiketi ilə satışa çıxarıldı. 2015 ilinin aprel ayında Gülbən Ərgən ilə birlikdə səsləndirdiyi Aşkla aynı değil mahnısınıda təqdim edilmişdir.

Oğuzhan Koç 2014-cü ildə Murat Dalkılıçın "Daha derine" albomu üçün "Bu gece aşk" adlı mahnını hazırlamışdır. Eyni zamanda dostu İbrahim Böyükağın Küçük esnaf filmi üçün "Berhudar olmak zor" adlı mahnını yaratmışdır.

TV8-dəki O ses çocuklar yarışmasının 2-ci mövsümündə münsif olaraq yer almış və yarışmada 1-ci olmuşdur.

2016-cı ilin aprel ayında çıxan Murat Bozun "Janti" albomunda yer alan "Yüzüm yok" adlı mahnının da sözləri və musiqisi Oğuzhan Koça aiddir. 7 oktyabr 2016-cı ildə "Bulutlara esir olduk" adlı mahnı, 17 oktyabr 2016-cı ildə də bu mahnının video klipi yayımlanmışdır.

Fırıldaq ailəsi adlı Türk istehsalı animasiya filmində Eser Yenenler ve İbrahim Böyükağ ilə birlikdə üç nəfər bir obrazı səsləndirərək animasiya film dünyasında bir ilkə imza atmışdır.

2017-ci ildə çıxardığı mahnı olan "Küsme aşka"nin söz və musiqisi də Oğuzhan Koça aiddir. Mahnının düzənləməsini Ozan Çolakoğlu, klipin rejissorluğunu isə Bedran Gözəl etmişdir. Klipdə Oğuzhan Koçu "Sənan Tuzcu, İrəm Sak, Şahin İrmak, Begüm Birgörən, Eren Hacısalihoğlu, Sərkan Şenalp, Alina Boz və Dilşad Şimşək" müşayiət etmişdirlər. Klip 7 aprel 2017-də rəqəmsal platformalarda yayımlanmış və ilk yayımlandığı gün Youtube-də 17 saatda 1 milyon izlənməyi keçərək rekord qırmışdır. Hal hazırda (2021) klip 133 — milyondan çox izlənmə almışdır.

2013-cü ilin may ayında Eser Yenenler və İbrahim Böyükağ ile başladıqları TV8-də yayımlanan 3 Adam adlı gecə şousu 5 ildən sonra 2018-ci ildə bitmişdir.

7 iyul 2017-ci ildə vizyona girən Doru adlı animasiya filminin dublaj qrupunda tanınmış şəxslərlə birlikdə yer almışdır.

27 oktyabr 2017-ci ildə vizyona girən Yol Arkadaşım filmində eyni zamanda filmin senaristi olan İbrahim Büyükak ilə başrol oynayaraq "Onur Güzel" obrazına həyat vermişdir. 2018-ci ildə də eyni adlı filmin 2-ci seriasinda "Onur Güzel" obrazında iştirak etmişdir.

5 iyun 2020-ci ildə Oğuzhan, "Kendime Sardım" adlı sinqlı yayımladı. Söz və musiqi Oğuzhan Koçun imzasını daşıyır. Aranjiman Çağrı Telqıvırana məxsusdur. Mehmet Əli Erginin rejissorluğu ilə "Kendime Sardım" klipi çəkilib.

Daha əvvəl TV8-də yayımlanan "O Ses Çocuklar" proqramında münsiflər heyətinin üzvü olan Koç 2021-ci ildə TV8-də yayımlanan "O Ses Türkiye" proqramında münsiflər heyətinin üzvü kimi iştirak edib və müsabiqədə birinci olub. Jüri kürsüsündə Bəyazıt Öztürk, Ebru Gündəş və Murat Boz da var.

28 avqust 2022-ci ildə Koç, aktrisa Demet Özdemirlə ailə həyatı qurub.

Filmoqrafiya Kinoteatr İl Adı Rol Qeyd 2009 Neşeli Hayat Timur Köməkçi Oyuncu 2010 Çok Filim Hareketler Bunlar Oğuzhan Oyuncu 2017 Yol Arkadaşım Onur Başrol 2018 Yol Arkadaşım 2 Onur Başrol Seriallar İl Adı Rol Qeyd 2015 Bana Baba Dedi Kaan Başrol 2018 Jet Sosyete Özü Qonaq Oyuncu (8. bölüm) İnternet İl Adı Rol Qeyd 2021 İlginç Bazı Olaylar Oğuzhan Koç (Özü) Qonaq Oyuncu (6. bölüm) Programlar İl Adı Rol Qeyd 2013 3+1 Aparıcı 2014–2017 3 Adam Aparıcı 2014–2015 O Ses Çocuklar Münsif Teatr İl Adı Rol Qeyd 2008–2011 Çok Güzel Hareketler Bunlar Oğuzhan Oyuncu Reklamlarİl Adı Rol Qeyd 2008 — Vodafone 2010 Teknosa 2015 MNG Kargo 2015 Nescafe 2015 Head&Shoulders 2015 Algida 2016 Calve Türkiye 2017 Final Four 2018 Fuse Tea

Diskoqrafiya

Albomlar Ben Hala Rüyada-2013 "Ayy (Ben Hala Rüyada)" — 3:18 "Bu Yol Uzar" — 3:51 "Gitsem Diyorum" — 4:21 "Her Aşk Bir Gün Biter" — 3:55 "Bitmedi Elem" — 4:13 "Yüzük" — 4:18 "Neşeli Ayrılık Şarkısı" — 3:10 "Al Ahını" — 4:13 "Yanımda Olsan" — 4:19 "Erzincan" — 3:12

EV-2020 "Hesabıma Yazıyor" — 3:26 "Yok Sanayım" — 3:29 "Aşk Dediğin" — 4:03 "Utan" — 3:45 "Unutma Bari Beni" — 3:17 "Bulutlara Esir Olduk (Akustik)" — 5:30 "Her Aşk Bir Gün Biter (Akustik)" — 4:25 "Aşkla Aynı Değil (Akustik)" — 3:50 "Gül Ki Sevgilim (Akustik)" — 2:44 "Giden Günlerim Oldu (Akustik)" — 3:14 "Yüzüm Yok (Akustik)" — 4:06 "Beni İyi Sanıyorlar (Akustik)" — 4:03 "Gitsem Diyorum (Akustik)" — 5:00 "Sükut-u Hayal (Akustik)" — 4:07 "Neşeli Ayrılık Şarkısı (Akustik)" — 2:59 "Bitmedi Elem (Akustik)" — 2:17

Mahnılar Single-lar İl Adı 2015 Aşkla Aynı Değil (Gülbən Ərgən ilə düet) 2016 Bulutlara Esir Olduk 2017 Küsme Aşka 2017 Aşinayız (Murat Dalkılıç ilə düet) 2018 Beni İyi Sanıyorlar 2018 Takdir-i İlahi 2019 Sükut-u Hayal 2020 Kendime Sardım 2020 Heyecandan 2020 Küskün 2021 Hepsi Geçiyor 2021 Bence de Zor Film musiqiləri İl Adı 2006 S/he Berlin (Qısa Film) 2010 Çok Filim Hareketler Bunlar (Kinoteatr filmi) — Söz & Bəsdə 2016 Küçük Esnaf (Sinema filmi) — Söz & Bəsdə 2017 Yol Arkadaşım (Kinoteatr filmi) 2018 Yol Arkadaşım 2 (Kinoteatr filmi)

Mükafatları İlMükafat verən təşkilatKateqoriya201117. Kral Tv Video və Musiqi MükafatlarıƏn Yaxşı Film Musiqisi (Çok Filim Hareketler Bunlar)20111. Pal Fm Musiqi MükafatlarıƏn Yaxşı Düet (Giden Günlerim Oldu)20142. Türkiyə Musiqi Mükafatlarıİlin Ən Yaxşı Kişi İfaçısı201441. Altın Kelebek Mükafatlarıİlin Ən Yaxşı Kişi İfaçısı2014Sakarya Universiteti Mükafatlarıİlin Ən Yaxşı Kişi İfaçısı201522. İTÜ EMÖS Müvəffəqiyyət Mükafatlarıİlin Ən Müvəffəqiyyətli Kişi İfaçısı2015Arel Universiteti 4. Media və İncəsənət Mükafatlarıİlin Ən Yaxşı Mahnısı/Kişi (Ben Halâ Rüyada)

İstinadlar

Xarici əlaqələr Rəsmi sayt

Oğuzhan Koç Sinema Türk sayfası Oğuzhan Koç IMDb sayfası

Kateqoriya:1985-ci ildə doğulanlar Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Türkiyənin televiziya aparıcıları Kateqoriya:Türkiyənin televiziya aktyorları Kateqoriya:Türkiyə teatr aktyorları Kateqoriya:Türkiyə film aktyorları Kateqoriya:Türkiyə kişi film aktyorları