Likvidus — petrologiyada maqmanın tərkib və temperaturunun (kristallaşma prosesində) biri-birindən asılılığını göstərən səth və ya xətt. Likvidus temperaturundan (xəttindən) yuxarı maddə ancaq maye fazada olur. İki-üçlü sistemlərdə likvidus kompleks xətlərlə göstərilir və bu xətlərin sayı sistemdə kristallaşan bərk fazaların sayına bərabər olur.

Həmçinin bax Petrologiya Maqma

Mənbə

Kateqoriya:Geologiya terminləri Kateqoriya:Faza keçidləri