Bartolomey Henri Allen () — DC Comics tərəfindən nəşr edilən komikslərdə peyda olan uydurma superqəhrəman. İlk dəfə Showcase #4 (oktyabr 1956) komiksində təqdim edilən personaj Robert Kaniger və Karmayn İnfantino tərəfindən yaradılmışdır. Barri Allen, 1940-cı illərdə Cey Qarrik adı ilə təqdim edilmiş Fleş adlı superqəhrəman adını daşıyan ikinci şəxsdir. Onun gücü əsasən superinsan sürəti ilə bağlıdır. Personajın digər bacarıqları, o cümlədən vibrasiya yaradaraq əşyaların içindən keçməsi, molekullarının silkələnməsinə nəzarət etmə qabiliyyəti ilə əlaqəlidir. Fleşin geyindiyi parlaq qırmızı və qızılı rəngli kostyum küləyin təsiri və sürtülməyə qarşı davamlı materialdan hazırlanmışdır.
Barri Allenin klassik hekayələrində ilk dəfə DC Comicsin Multikainat nəzəriyyəsi təqdim olunmuş və sonrakı on illər ərzində DC hekayə xəttləri ardıcıllıqlarının yenilənməsi zamanı həmin nəzəriyyə böyük rol oynamışdır. Barri Allen həmişə DC-nin əhəmiyyətli yenidən yükləmələrində mühüm rol oynamış, "Sonsuz dünyalarda böhran" #8 (noyabr, 1985) nəşrində Multikainatı xilas etmək üçün özünü qurban verərək ölmüş və 23 il müddətində DC-nin adi sihahılarından silinmişdir. Personajın qayıdışı Qrant Morrisonun "Sonuncu böhran: Əclafların qisası" #3 (noyabr, 2008) krossoverində baş vermiş və burda onun bir bulanlıq təsviri yer almışdır. Tam həcmli qayıdış isə Ceff Consun "Fleş: Yenidən doğulma" #1 nəşri ilə başlayan altı nəşrlik limitli seriyası ilə baş tutmuşdur. Bundan sonra Barri Allen "Qaranlıq gecə" (2009), "Fleşpoint" (2011), "Konvergensiya" (2015) və "DC Rebirth" (2016) krossover hekayələrində açar rolunu oynamışdır.
Personaj həm də müxtəlif media sahələrinə uyğunlaşdırılmışdır. 1990-cı illərdə CBS telekanalının istehsal etdiyi "Fleş" teleserialında Barri Allen rolunu Con Uizli Şipp, 2014-cü ildən The CW telekanalında yayımlanan "Fleş" teleserialında isə həmin rolu Qrant Qastin canlandırmışdır. Alan Tudik, Corc İds, Ceyms Arnold Teylor, Taliesin Yaffe, DVayt Şultz, Maykl Rozenbaum, Nil Patrik Harris, Castin Çambers, Kristofer Qoram, Coş Kiton, Adam DeVayn və başqaları personajı müxtəlif animasiya filmləri və seriallarında səsləndirmişlər. DC Genişləndirilmiş Kainatına daxil olan "Betmen Supermenə qarşı", "İntiharçılar dəstəsi" və "Ədalət Liqası" filmlərində Barri Allen rolu Ezra Miller tərəfindən canlandırılmışdır.
Uydurma personaj həyatı
Polis kimyaçısı ("The Flash: Iron Heights" nəşrində onun peşəsi tibbi məhkəmə eksperti olaraq dəyişdirilir) olan Barri Allen, çox ləng adamdır və hər yerə gecikir, bu isə onun sevgilisi Ayris Vesti məyus edir. Bir gün gecə vaxtı işləyərkən şimşək kimyəvi maddələrlə dolu qutunu vurur və maddələr qarışaraq Barrinin üstünə dağılır. Bundan sonra Barri başa düşür ki, böyük sürətlə qaça bilir və müvafiq refleks və hisslərə malikdir. O, qızılı şimşək bəzəkli qırmızı kostyum geyinir (Fawcett Comicsin məşhur personajı Kapitan Marveli xatırladır), özünü Fleş adlandırır (uşaqlıq vaxtının sevimli komiks personajı Cey Qarrikin şərəfinə) və Sentral-sitidə cinayətkarlığa qarşı mübarizə aparmağa başlayır. Sentral-siti Universitetinin professoru İra Vest (Ayrisin atası) Barri üçün kostyum və Barrinin vətəndaş geyimində olduğu zaman kostumu saxladığı üzük hazırlayır. Barriyə lazım olduğu zaman kostyum üzüyün içindən çıxır, ehtiyac olmadıqla isə, xüsusi qaz vasitəsiylə kiçilərək yenidən üzüyün içinə yığılır. Bundan başqa, Barri kosmik qaçış lövhəsi icad edir ki, onun köməkliyi ilə də zaman səyahəti həyata keçirir. Allen xalq tərəfindən o qədər sevilir ki, bütün spidsterlər özlərini ona oxşatmağa çalışırlar və onunla yarışırlar. Betmen bir dəfə deyir ki, "Barri elə bir adamdır ki, valideynlərim qətlə yetirilməsəydi mən də belə biri olmaq istərdim."Justice #8 (Dec. 2006)
Ədalət Liqası 200px|thumb|left|Cim Li – Ədalət Liqası, II cild #1 (noyabr, 2011). Barri Allen, Liqanın təməl üzvlərindən biridir. "Justice League of America" #9 nəşrinə görə, Yer kürəsini işğal etməyi qarşısına məqsəd qoymuş yadplanetlilərin hücumundan sonra, Yerin bir neçə böyük qəhrəmanı – o cümlədən Allen – güclərini birləşdirməyə qərar verir.
Superqəhrəmanlar təklikdə bir çox yadplanetliləri məğlub edə bilsələr də, onlardan biri qarşısında aciz qalırlar və başa düşürlər ki, yalnız birlikdə çalışaraq qalib gələ bilərlər. Bundan sonra qəhrəmanlar Ədalət Liqasını yaratmağa qərar verirlər.
Həmin illər ərzində Barrinin əvvəl Qara bülbül, daha sonra isə Zatannaya qarşı hissləri olsa da, o, ciddi münasibət haqqında fikirləşmir, çünki, həmişə ürəyinin dərinliyində Ayris Vesti sevdiyini başa düşür və sonradan onunla da evlənir. Allen Yaşıl Fənər Hel Cordanla dostluq edir və bu dostluq "Flash and Green Lantern: The Brave and the Bold" limitli seriyasının məzmununa çevrilir.
"The Flash" # 123 – "Flash of Two Worlds" () adlanır – nəşrində Barri Dünya 2-yə səfər edərək, DC davamlılığının orijinal Fleşi olan Cey Qarriklə görüşür; məlum olur ki, Cey Qarrikin macəraları Dünya 1-də komiks kitabları kimi nəşr edilmişdir. Bu süjet xətti DC multikainatının əsasını qoymuş və Fleş nəşrlərində davam etdirilərək Dünya 1-in Amerikanın Ədalət Liqası və Dünya 2-nin Amerikanın Ədalət Cəmiyyəti arasında əlaqə yaratmışdır.
Klassik Fleş seriyasından olan "Flash" #179 nəşrində - "Fleş – Fakt yoxsa uydurma?" adlanır – Allen sonradan Əsas dünya () adlanan bizim dünyaya düşür; burada o, Fleş komikslərinin redaktoru Yulius Şvartzın köməkliyi ilə kosmik qaçış lövhəsi quraraq öz dünyasına qayıtmağa çalışır. O, həm də, Ayrisin qardaşı oğlu Uolli Vestin simasında köməkçi qazanır; Allenin başına gələn qəzaya oxşar qəzadan sonra Uolli də superinsan sürəti qazanır.
Faciə
Sevgilisi Ayris Vestlə evləndikdən sonra Barrinin alter eqosu onun həyat yoldaşına da bəlli olur, belə ki, Barri bu haqqda yuxuda danışmağa başlayır. Buna baxmayaraq, Ayris Barrinin sirrindən xəbərdar olmasını bildirmir və bir müddət sonra Morenonun dəstəyi ilə Barri özü, sirrini Ayrisə açır.The Flash #174 Sonradan məlum olur ki, Ayris 30-cu əsrdən göndərilib və övladlığa götürülüb.
1980-ci illərdə Fleşin həyatı dağılmağa başlayır. Ayris Professor Zum (XXV əsrdən olan həmin supercani Ayrisi sevdiyinə görə Allenə qısqanır) tərəfindən qətlə yetirilir, Allen yenidən başqa bir qadınla evlənməyə çalışdıqda isə Zum əməlini təkrarlamaq istəyir. Allen Zumun qarşısını almaq üçün onun boynunu sındıraraq öldürməli olur. Təəssüf ki, Barri öz toy mərasiminə gəlib çata bilmir və onun həyat yoldaşı qəzəblənir.
Məhkəmə Barrini Zumun qətlində günahkar elan edir. Gələcəklə bağlı fikirlərdən asılı olan andlıların Barriyə hakimin beyninin Əksinə Fleş (Barri onun öldüyünü düşünürdü) tərəfindən yuyulmasını deməsindən sonra, o, məhkəmə zalını tərk edərək qaçır. Bundan sonra Fleş, Əksinə Fleşin hücumuna məruz qalır və başa düşür ki, sirrlərin üstünün açılması və xoş adının bərpa edilməsi gələcəklə bağlıdır, buna görə də zaman maşınını istifadə edərək andlıları gələcəyə göndərir. Onlar müəyyən edirlər ki, Fleşin xoş adını ləkələməyə çalışan Abra Kadabra, Əksinə Fleşin maskası altında gizlənmişdir. Kadabranı məğlub edən Barri, öyrənir ki, Ayrisin ruhu gələcəyə gedərək başqa bir bədəndə yaşayır və həyat yoldaşına qovuşmaq üçün gələcəyə gedir. "Fleş"in sonuncu nömrəsində "Və onlar uzun müddət xoşbəxt yaşadılar..bir vaxta kimi" yazısı altında Barri və Ayrisin ehtirasla öpüşməsi göstərilir. Sonuncu nömrədə (The Flash #350) həm də gələcək hadisələr və Fleşin gözlənilən ölümünə bir neçə işarə əksini tapmışdı.
Mübahisəli "Identity Crisis" ("Zero Hour" hadisələrindən sonra baş verir) hadisələri zamanı məlum olur ki, Barri, Ayrisin ölümündən sonra Barri, Ədalət Liqasının dörd üzvü ilə birlikdə Zatanna tərəfindən Doktor Laytın yaddaşının dəyişdirilməsinin lehinə səs vermişdir. Betmenin Liqanın nə etdiyini öyrəndikdə, Yaşıl Oxun etirazına baxmayaraq Doktor Laytın yaddaşı redaktə edilir. Nəticədə həm Betmen, həm də Doktor Laytın xatirələri bərpa olur, Doktor Layt bütün qəhrəmanlardan qisas alacağına and içir, Betmen isə tərəfdaşlarına olan inamını itirir.
Sonsuz dünyalarda böhran
Məhkəmədən sonra işdən uzaqlaşan Barri XXX əsrə gedərək orda Ayrislə qovuşur. Ayrislə birlikdə keçirilən bir neçə xoşbəxt həftədən sonra, Sonsuz dünyalarda böhran baş verir və Anti-Monitor tərəfindən ələ keçirilən Barri 1985-ci ilə qaytarılır; Anti-Monitor hesab edir ki, Fleş, öz istəyinə uyğun olaraq başqa dünyalara səfər edə bilən yeganə şəxsdir və onun azadlıqda qalması yolverilməzdir. Qaçmağa müvəffəq olan Allen, Anti-Monitorun planını pozmağa çalışır, bunun üçün o, enerjini udacaq sürət burulğanı yaradır, lakin yaranmış enerji onun bədəni üçün həddən artıq böyük olduğundan, Barri tab gətirməyərək ölür. Əvvəl, Barrinin keçmişə səfər edərək, ona güc bəxş etmiş şimşək enerjisinə çevrildiyi düşünülsə də, sonradan onun ruhunun bütün ölmüş spidsterlər üçün açıq olan Valhallada – Sürət gücünün (Spid-fors) içində yaşaması güman edilir. Barri Allenin vəfatından sonra, onun köməkçisi Uolli Vest Fleş kostyumunu geyinir.
Ölümündən sonra
"Crisis on Infinite Earths" hekayəsinin müəllifi Marv Vulf dəfələrlə qeyd edir (ilk dəfə buna orijinal "Crisis" nəşrinin bərk üzlüklü variantında işarə edilir) və sonradan öz veb saytında izah edir ki, ssenaridə Barri Allenin sonradan DC Kainatı davamlılığına qaytarılması üçün imkan qoymuşdur. Bu işarə, yazıçıya Barrini geri qaytarmağa kömək edə bilərdi. Buna baxmayaraq, BArri nə vaxtsa ölüm qaçışını tamamlamalı olduğunu biləcək və insanlara kömək etmək üçün daha çox əzmlə çalışmalı olacaqdı.
Həm də qeyd edilir ki, Sonsuz dünyalarda böhran zamanı "ölmüş" hesab edilən Barri, o qədər böyük sürətlə qaçır ki, Anti-Monitorun materiya silahını saxlaya bilir və texion silahını ona istiqamətləndirir. "Secret Origins Annual" # 2 (1988) nəşrinə görə, bu hadisədən sonra Barri onu Fleşə çevirən şimşək zərbəsinə çevrilərək keçmişə gedir.
"Deadman: Dead Again" nəşrində Barri, Dedmenin ruhunu göylərə ucalmağa kömək etdiyi qəhrəmanlardan biridir. Yaşıl Oxun "Quiver" hekayə xəttində isə Barri Allenin cənnətdə olması göstərilir. Onun ruhu isə, Maks Merkuri və digər spidsterlərlə birlikdə Spid-Forsun içində yaşayır.
Miras
Ayris hamilə qalır və Tornado əkizləri adlanan superinsan sürətli əkizləri dünyaya gətirir ki, onlar da sonradan Super-Qəhrəman Legionu ilə qarşılaşırlar. Dünya-247 kimi tanınan multiversal variantda onların uşaqlarının hər biri də, supersurətə əsaslanan bacarıqlara malikdir. Onlardan biri Cenni Oqnast böyüyərək XS Legionuna qoşulur, Bart Allen adlı digər uşaq isə sürətli metabolizmdən əziyyət çəkərək sürətlə qocaldığına görə, XX əsrə gəlir və burda Uolli Vest onu müaəlicə edir. Orada o, Maks Merkurinin nəzarəti altında İmpuls adlı superqəhrəman kimi fəaliyyət göstərir, sonradan isə ikinci Körpə Fleş kimi Yeniyetmə Titanlar dəstəsinə qoşulur. Bir il sonra, Sonsuz böhran zamanı Bart, dördüncü Fleşə çevrilir və İnierta adlı klonu və Əclaflar tərəfindən qəfildən qətlə yetirilir. Sonradan Uolli yenidən Fleş adını daşımağa başlayır. Sonradan Super-Praymla mübarizədə köməklik göstərməsi üçün XXXI əsrdə Bart, Körpə Fleş kimi Super-Qəhrəmanlar Legionu tərəfindən dirildilir.
AƏL/Qisasçılar