''Gamereactor'' — videooyunları əhatə beynəlxalq onlayn jurnal. 1998-ci ildə Morten Reyçel və Klaus Reyçel tərəfindən Danimarkada təsis edilən jurnal ilk dövrlərdə "Gamez.dk" adı altında fəaliyyət göstərirdi.

Tarix Jurnal və sayt 1998-ci ildə Morten Reyçel və Klaus Reyçel tərəfindən Danimarkada "Gamez.dk" adı altında təsis edilmişdir. "Gamez.dk" 2002-ci ildə "Gamereactor.dk/.se/.no" saytlarını "Egmont Digital" şirkətindən satın almışdır. 2001-ci ildə onlar Norveçdə daha sonra isə İsveçdə "Gamereactor Magazine" jurnalını nəşr etməyə başladılar. "Gamereactor Magazine" jurnalı 2007-ci ildən bəri Finlandiyada da nəşr edilir. 2009-cu ildə jurnalın alman dilindəki, 2010-cu ildə italyan dilindəki, 2013-cü ildə isə portuqal dilindəki saytı fəaliyyətə başlamışdır. "Gamereactor" saytının fransız dilindəki versiyası 2016-cı ilin noyabr ayından, Niderland dilindəki versiyası 2017-ci ilin yanvar ayından, Çin dilindəki versiyası isə 2018-ci ilin yanvar ayında bəri fəaliyyət göstərir. 1 sentyabr 2008-ci ildə "Gamereactor" saytının ingilis dilindəki versiyası "Gamereactor International" adı altında fəaliyyətə başlamışdır. Bu sayt videooyun sənayəsi haqda xəbərlər, rəylər, gözdən keçirmələr paylaşırdı. Jurnal 2013-cü ildə Böyük Britaniyada nəşr edilməyə başlamışdır.

Jurnalın hər il 10 nömrəsi nəşr edilir. Onlar Danimarka, İsveç, fin, Norveç, alman və ingilis dillərində nəşr edilir. Saytın mobil, PlayStation 4 və Xbox One platformaları üçün nəzərdə tutulmuş applikasiyaları da mövcuddur.

2004-cü ildə "Gamereactor" jurnalının incəsənət üzrə direktoru Piter Heqevall İsveçin ən böyük dizayn mükafatlarının birinə nominasiya olmuşdur. 2013-cü ildə Böyük Britaniyada fəaliyyət göstərən "Gamereactor Magazine" jurnalı Oyun KİV Mükafatlarında ən yaxşı nəşr edilən jurnal mükafatına, 2015-ci ildə isə jurnalın redaktor heyəti ən yaxşı redaktor heyəti mükafatına nominasiya olmuşdur.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Birləşmiş Krallıq videooyun jurnalları Kateqoriya:Danimarka videooyun jurnalları Kateqoriya:Finlandiya videooyun jurnalları Kateqoriya:Almaniya videooyun jurnalları Kateqoriya:İtaliya videooyun jurnalları Kateqoriya:İspaniya videooyun jurnalları Kateqoriya:Yaponiya videooyun jurnalları Kateqoriya:Çin videooyun jurnalları Kateqoriya:1998-ci ildə yarananlar Kateqoriya:2002-ci ildə yaradılmış jurnallar Kateqoriya:2014-cü ildə nəşri dayandırılmış jurnallar Kateqoriya:Videooyun rəy saytları