Yonida Maliçi (; 26 mart 1982, Tirana, Albaniya) — Albaniya müğənnisi və televiziya aparıcısı. O, ifa etdiyi "Ktheju tokës" () mahnısı ilə Albaniyanın Festivali i Këngës mahnı yarışmasında qələbə qazanmışdır. Həmin mahnı ilə Yonida Albaniyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Həyatı və musiqi karyerası Yonida Maliçi 26 mart 1982-ci ildə Albaniyanın Tirana şəhərində dünyaya göz açmışdır. Kiçik yaşlarından musiqiyə həvəsi olan Yonida 13 yaşında ikən "Planeti i fëmijëve" mahnısı ilə Albaniyanın məşhur Festivali i Këngës mahnı yarışmasında iştirak etmiş və musiqi karyerasına başlamışdır. İki il sonra 1997-ci ildə ifaçı yenidən həmin festivala qatılmışdır. 1999-cu ildə isə Yonida festivalda çıxış etdiyi "Do jetoj pa ty" mahnısı ilə ikinci yeri qazanmışdır.
Yonida Maliçi Albaniyanın Romeo və Cülyetta müziklında Cülyetta obrazını canlandırmışdır. O, Albaniyanın Ulduzlarla rəqs yarışmasına aparıcılıq etmişdir. Yonida eyni zamanda The Voice Albania səs yarışmasında münsif kimi iştirak etmişdir.
Yonida Maliçi 2018-ci ilin dekabr ayında Albaniyanın dövlət kanalı olan RTSH-nin təşkil etdiyi 57-ci Festivali i Këngës müsabiqəsində iştirak etmiş və ifa etdiyi "Ktheju tokës" mahnısı ilə bütün rəqiblərini geridə qoyaraq festivalın qalibi seçilmişdir. Müğənni festivaldakı qalibiyyəti ilə birlikdə "Ktheju tokës" mahnısı ilə Albaniyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququ əldə etmişdir. Maliçi Wiwibloggs saytına verdiyi müsahibədə mahnının həm albanlar üçün, həm immiqrantlar üçün və həm də bütün dünya insanları üçün yazıldığını söyləmişdir. Mahnının sözlərində Kosovo müharibəsinin ardınca yaşan Alban immiqrasiyası mövzusuna toxunulur.
Müsabiqə üçün sürən hazırlıqlardan sonra Yonida Maliçi 16 may tarixində baş tutan yarımfinal mərhələsində 14-cü nömrə altında çıxış etmişdir. Nəticədə 96 xalla 10-cu yerdə qərarlaşaraq, final mərhələsinə vəsiqə qazanmışdır. Müsabiqənin finalında bir daha öz mahnısını ifa edən Maliçi 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 90 xal toplayaraq, 17-ci yerdə qərarlaşmışdır.
Diskoqrafiya
Albomlar Nuk të pres (2005) Jonida Maliqi (2013)
Sinqllar 1995: Planeti i fëmijëve 1999: Do jetoj pa ty 2000: Çast 2001: Ik 2002: Ti s'më meriton 2002: Larg teje 2002: Do humbas me ty 2003: Vetëm një natë 2004: Ne të dashuruar 2004: Frikem se më pëlqen 2004: Nuk kam faj që robëroj 2005: Papagalli i dashurisë 2006: Pa identitet 2007: Parfum nate 2007: S'ka fajtor në dashuri 2008: Njëri nga ata 2010: Sot t'i japim fund 2011: Një orë më shumë 2011: Thesar pa emër 2013: Ti 2014: Sonte 2015: Jam bërë si ti 2018: Ktheju tokës
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2019 Avroviziya Mahnı Müsabiqəsi Kateqoriya:Albaniyada doğulanlar Kateqoriya:Albaniya müğənniləri Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Albaniyanın "Avroviziya" təmsilçiləri