() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Vətəni Şərqi Sibirdir. Hazırda "Qırmızı kitab"a salınmışdır.

Botaniki xarakteristikası Parlaq dovşanalması həmişəyaşıl koldur. Budaqları düz dayanandır. Bir il ərzində 2 m-dək böyüyür. Yarpaqlar sıx, yaşıl rəngli, payızda al-qırmızı olur, uzunsovdur. Çiçək qurupları çəhrayı, kiçik, bir saplaqda 5-8 çiçək olur. Çiçəkləmə mayın axırları başlayır və iyunun ortalarınadək davam edir. Çiçəkləmədən sonra yumru meyvələri əmələ gəlir. Meyvələri payızadək gövdələrdə qalır. Dovşanalaması həyatının dördüncü ilində meyvə verməyə başlayır.

Ekologiyası Kölgədə, istənilən torpaqda bitə bilər. Soyuğa davamlıdır, quraqlıq və yüksək nəmişlikdən qorxmur. Şəhərin çirkli havasına dözür.

Azərbaycanda yayılması Böyük və Kiçik Qafqaz, Talış və Naxçıvan MR-da təbii halda rast gəlinir.

İstifadəsi Payızda landşaft dizaynında parlaq dovşanalmasından əsasən canlı hasarlarda tez-tez istifadə edilir. Təxminən 50 il yaşayır. Payızda kolun möhkəm köklərindən yamacların bərkidilməsi üçün istifadə etmək olar. Çoxlu yarımnövü vardır.

Sinonimləri Homotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:1954-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Əfqanıstan florası Kateqoriya:Mərkəzi Asiya florası