İlham Şakirov (tam adı: İlham Qılmetin oğlu Şakirov, ; ) — tatar əsilli SSRİ və Rusiya müğənnisi və incəsənət xadimi.

Bioqrafiya İlham Qılmetin oğlu Şakirov 15 fevral 1935-ci ildə SSRİ-nin Tatarıstan MSSR-nin Sarman rayonunun Yeni Bülək kəndində anadan olmuşdur.

1954-cü ildə Kazan Musiqi Kollecinə daxil olmuş, bir il sonra isə Kazan Dövlət Musiqi Akademiyasının Vokal Fakültəsinə qəbul edilmişdir.

1960-cı ildə Şakirov Kazan Dövlət Musiqi Akademiyasından məzun olmuşdur. Həmin il Şakirov Qabdulla Tukay adına Tatar Dövlət Filarmoniyasının baş vokalisti olmuşdur.

İlham Qılmetin oğlu Şakirov 16 yanvar 2019-cu ildə Rusiyanın Kazan şəhərində vəfat etmişdir.

İstinadlar

Kateqoriya:SSRİ müğənniləri Kateqoriya:Rusiya müğənniləri Kateqoriya:"Xalqlar dostluğu" ordeni ilə təltif edilənlər Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:Tatarıstan MSSR əməkdar artistləri