Kapitalın orta çəkili dəyəri və ya maliyyəti () — müəssisənin əldə etdiyi kapitalın qarşılığında səhmdarlara və kreditorlara ödənməsi gözlənilən orta xərclərdir. Başqa sözlə müəssisənin maliyyələşmə mənbələrinə çəkiləcək orta xərcləri göstərir.
thumb|Kapitalın orta çəkili dəyəri
Hesablanması Şirkətlər bir çox qaynaqlardan maliyyələşə bilirlər: adi və imtiyazlı səhmlər, birbaşa borclar, dövlət yardımları(məsələn subsidiya) vb. Kapitalın orta çəkili dəyəri də bu maliyyəşmə mənbələrinin kapitalın tərkibindəki nisbi çəkisini nəzərə alınaraq hesablanır. Düsturu isə aşağıdakı şəkildədir:
ke — adi səhmin gəlirliliyi thumb|Kapitalın orta çəkili dəyəri
We — adi səhmin kapitalın tərkibindəki çəkisi
V — vergi dərəcəsi
kd — borcun dəyəri (xərci)
Wd — borcun kapitalın tərkibindəki çəkisi
Burada nizamnamı kapitalının orta xərcini göstərir.
Məqsədi KOÇD sayəsində müəssisə gəlirlərinin hansı hissəsinin səhmdarlara və kreditorlara ödənəcəyini müəyyən edəbilir. Bu əmsalın köməkliyi ilə müəssisə planlaşdırılan investisiya layihəsinin məqsədəuyğun olub-olmadığını müəyyənləşdirir. Yəni investisiyanın gəlirliliyi KOÇD əmsalından böyük olmalıdır ki, müəssisə investisiya layihəsini reallaşdırsın.
Həmçinin bax Xalis cari dəyər Geri ödəmə müddəti metodu
Mənbə PROJE ANALİZİ VE DEĞERLENDİRME. Anadolu universiteti. 2015
Kateqoriya:İnvestisiya Kateqoriya:Maliyyə Kateqoriya:Biznes terminləri Kateqoriya:İstehsal iqtisadiyyatı Kateqoriya:Xərclər Kateqoriya:Maliyyə kapitalı Kateqoriya:Riyazi maliyyə