Aleksandr Duqin (; tam adı: Aleksandr Qelyeviç Duqin; ) — Rusiya filosofu, siyasi analitiki və ictimai xadimi.
Həyatı Aleksandr Duqin 7 yanvar 1962-ci ildə Moskvada, Qeliy Aleksandroviç Duqin ilə Qalina Duqinin ailəsində dünyaya gəlmişdirEurasian Mission: An Introduction to Neo-Eurasianism, Arktos (2014) p.26 1979-cu ildə Moskva Aviasiya Universitetinə qəbul olsa da, universiteti bitirməmiş və fərqli bir univeristetdə və ixtisas üzrə təhsilini davam etdirmişdir.
Karyerası 1980-ci illərdə Duqin məşhur müxaliflərdən idi. O anti-kommunist çıxışları ilə tanınırdı. Məhz bu səbəbdən Duqin, yaxın yoldaşı Heydər Camal ilə birlikdə universitetdən uzaqlaşdırılır. Siyasi arenaya çıxmazdan qabaq o, jurnalist kimi fəaliyyət göstərmişdir. 1988–1992-ci illərdə Heydər Camalla birlikdə SSRİ arxivlərində işləyərkən Hitlerin məşhur layihəsi "Ananerbe"nin sənədləri ilə tanış olurlar. Onların əldə etdikləri materialların bir qismi televiziyada yayımlanır. 1991-ci ildə "Müqəddəs Mələk" provaslav almanaxı və elementlər jurnallarının baş redaktoru, eyni zamanda Arktogey Ortodoks tədqiqatlar dərnəyinin sədri olmuşdur. 1996–1997-ci illərdə Moskvada yayımlanan 101 Fm radiosunda "Funis Mundi" adlı proqramın həm yaradıcısı, həm də aparıcısı idi. Bundan başqa Duqin 1997–1998-ci illərdə Müstəqil Rusiya radiosunda Geopolitolji fikir proqramının aparıcı olmuşdur. O, 1998-ci ildən günümüzə qədər Rusiya Parlamentinin alt qanadı olan Dumanın sədr katibi və Yeni Rusiya Universitetinin rektorudur. Duqin həmçinin Duma nəzdində fəaliyyət göstərən Milli Müdafiə Komitəsinin Geopolitoloji Ekspertizm Mərkəzinin sədridir. Onun rəhbərliyi ilə Avrasiyada qədim və yeni bütün rus ortodoks mməzhəbi ənənələri ilə barışıq rus hegemoniyasına xidmət edən bir imperiyanı müdafiə edən "Neo-Avrasiya" hərəkatının partiyası- "Avrasiya" partiyası yaradılmışdır.
2018-ci il iyul ayının 1-də Cocuq Mərcanlı kəndində keçirilən "Azərbaycan Rusiyanın yeganə müttəfiqidir" adlı konfransa iştriak edən Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin burada verdiyi açıqlamasında bildirib:Cocuq Mərcanlıda "Azərbaycan Rusiyanın Qafqazda yeganə müttəfiqidir" adlı konfrans keçirilir "Rusiya və Azərbaycan arasında münasibətlər möhkəmlənməkdədir və bu, Rusiya və Azərbaycan prezidentlərinin münasibətlərin strateji inkişafına yönələn prinsipial qərarları ilə bağlıdır. Lakin bu prosesə iki ölkənin ictimai xadimləri cəlb olunmamışdı, bununla əlaqədar olaraq da belə əlaqələrin genişləndirilməsi qərara alındı. Biz ümumi mədəni məkanın bir hissəsiyik, qədim əlaqələrimiz var. Rusiya üçün Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Eyni mövqedən dünya ictimaiyyəti də çıxış edir. Bu, bütün hüquqi dünyanın razılığıdır"
Əsərləri Mütləqiyyətin yolları (1990) Konsipiralogiya (1993) Hiperborey teoremi (1994) Mühafizəkar inqilab (1996) Kilsə zənginin metofizikası (1996) Geopolitolgiyanın əsasları (1997) Mütləq Anavətən (1999) Yolumuz (1999)
İstinadlar
Kateqoriya:Neofaşizm Kateqoriya:Moskvada doğulanlar Kateqoriya:Rus milliyyətçiləri Kateqoriya:Rusiya filosofları Kateqoriya:Rusiya aktivistləri Kateqoriya:XXI əsr Rusiya siyasətçiləri Kateqoriya:Rusiya publisistləri Kateqoriya:Moskva Dövlət Universitetinin müəllimləri Kateqoriya:SSRİ şəxsləri Kateqoriya:XXI əsr filosofları Kateqoriya:Rusiya sosioloqları Kateqoriya:Fəlsəfə elmləri namizədləri Kateqoriya:ABŞ Xəzinədarlıq Departamenti tərəfindən sanksiya edilmiş Rusiya vətəndaşları Kateqoriya:Avropa İttifaqı tərəfindən sanksiya edilmiş Rusiya vətəndaşları Kateqoriya:Antiatlantizm Kateqoriya:İkiqat elmlər doktorları Kateqoriya:Poliqlotlar